
Harvardlı psixoloqdan kollektivdə müsbət fikir formalaşdırmaq üçün məsləhətlər
Amy Cuddy-ə görə, insanlar sizinlə tanış
olduqda sadəcə bir sual onları maraqlandırır və bu sualın cavabı sizə qarşı
yarana biləcək başlanğıc münasibətləri formalaşdırır.
Sual isə belədir: "Ona inanmaq olar?”
Təbii ki, heç kim sizdən gəlib bu sualın
cavabını soruşmayacaq. Sualın cavabı sizin formalaşdırdığınız təəssüratdan
asılı olduğundan bir növ sualın cavabını da özünüz vermiş olursunuz. Bu yazıda
sizə özünüz haqda necə düzgün fikir formalaşdırmaq haqda yazı paylaşacağıq.
1. Danışmaqdan çox dinləyin
Sual verin, göz təması qurun, gülümsəyin,
cavab verin, amma cavabı filosofiyaya qədər aparmayın. Qarşınızdakına onu
anladığınızı göstərin. Danışarkən sizdən istənmədiyi təqdirdə məsləhət verməyin.
Çünki dinləmək tövsiyə verməkdən daha çox onunla maraqlandığınızı ifadə edir. Məsləhət
verməzdən əvvəl "Mən onun yerində olsam necə edərdim, necə olardı?” sualı ilə
özünüzə müraciət edin.
2. Diqqətinizi başqalarının üzərinə çəkmək
İnsanların məşğul olduğu işi dəyərləndirin.
Onlara işlərində uğurlu olduqlarını deyin. Bu qarşınızdakı insana stimul verməklə
bərabər sizə qarşı müsbət fikir formalaşmasına şərait yaradacaq.
3. Qarşınızdakını dinləyin.
Bəzi insanların ehtiyacı olan yeqanə şey onların
diqqətlə dinlənməsidir. Belə olduqda qarşınızdakı şəxs öz fikirlərini toplayır
və bu halda hətta özü üçün doğru qərarı da qəbul edə bilir. Belə olan halda
sizin orda olmağınız sizə bir bal daha üstünlük qazandırır.
4.Əşyalarınızı ortadan qaldırın.
Biri ilə söhbət edərkən başqa şeylərlə məşğul
olmayın. Telefona baxmaq, monitora baxmaq, saata baxmaq qarşınızdakı şəxsin
sizin ona qarşı laqeyd olduğunuz fikrini formalaşdırır. Danışan insana bir müddətlik
öz vaxtınızı hədiyyə edin. Unutmayın ki, bu hədiyyənin böyük mənəvi dəyəri
mövcuddur.
5. Almadan əvvəl verməyi və qarşılıq gözləməməyi
öyrənin.
6. Özünüzdən razı halda ortalıqda
dolanmayın
Özünüzü digərlərindən üstün tutmağınız sizi
kollektivdə daha zəif əlaqə qurmağınıza səbəb ola bilər. Onsuzda siz sahib
olduğunuz bütün mənfi və müsbət tərəflərə bələdsiniz. Əsas olan isə sahib
olduğunuz müsbət keyfiyyətləri digərlərinə doğru çatdırmaqdır. Unutmayın ki,
siz digərlərini öyrətdiyiniz kimi onlarda sizə nələrsə öyrədə bilərlər.
7. İstifadə edəcəyiniz sözləri seçərkən diqqətli olun.
Seçdiyiniz kəlimələr sizin başqalarına olan
münasibətinizi ortaya çıxarır. Məsələn, bir toplantıda iştirak edirsiniz, məqsədiniz
sadəcə insanları tanımaq olsun və ya işə müraciət edənlərlə müsahibə
götürürsünüz, məqsədiniz öz savadınızı nümayiş etdirmək deyil, doğru şəxsi seçmək
olsun.
8. Başqalarının uğursuzluğunu müzakirə etməyin.
İdeal insan yoxdur, hamımız səhv edə bilərik.
Çalışın ki, heç vaxt başqalarının səhvlərini kollektivdə müzakirə etməyin.
Çünki belə insanlar heç vaxt hörmətlə qarşılanmazlar. Başqalarını mühakimə etmədən
özünüzün nə qədər ideal olduğunuzu düşünün. Sizi tanımayan adam belə etdiyinizi
görsə sizə daha çox diqqət yetirməyə, davranışlarınızda səhv axtarmağa
başlayacaq.
9. Mümkün qədər öz səhvlərinizi və uğursuzluqlarınızı etiraf etməyə çalışın.
Uğursuzluğunuzu etiraf etmək sizi zəif göstərməz.
Əksinə öz səhvlərinizi yumorla birləşdirsəniz, bu sizə qarşı simpatiya
formalaşmasına şərait yaradar. Necə deyərlər ən böyük siyasət dürüstlükdür.
Beləliklə, burda bir neçə qaydaya riayət
etməklə özünüz haqda doğru fikir formalaşdıra bilərsiniz. Özünüzə qarşı maraq
oyatmaq üçün mükəmməl olmağınıza ehtiyac yoxdur. Sizdən tələb olunan sadəcə səmimilikdir.
Mütəvazi olun. Uğursuzluqlarınızı paylaşın. Xətalarınızı etiraf edin. Öyrədici
bir hekayə olun, amma özünüzü üstün tutmayın. Özünüzə gülməyi bacarın. İnanın
ki, belə olan halda insanlar sizin xətalarınıza gülməyəcək, sizin gülüşünüzə
qoşulacaqlar. Sırf sizi bunun üçün sevəcək və ətrafınızda olmaq istəyəcəklər.
Və yekun...
Paylaş
Bənzər xəbərlər