
Hava Limanında sıxılan sərnişin monitorlara PlayStation 4 qoşub oyun oynadı
Digər
17.01.2020
Nijat
ABŞ-da Portland hava limanında bir sərnişin təyyarəni gözləməkdən sıxıldığı üçün maraqlı bir şey etdi. Çantasında Playstation 4 konsulu olan adam hava limanında istifadə olunan monitorlardan birinə HDMİ kabel ilə bağlantı quraraq Apex Legends oyununu oynadı. Ətrafdakı insanların maraqlı baxışlarını nəzərə almayaraq oyun oynamağa fokuslanan adam əslində qanunsuz bir hərəkət etmişdi. Hijack adı verilən bu davranış hava limanının təhlükəsizlik əməkdaşlarını tezlikcə oraya gəlməsinə səbəb oldu. Hijack əslində komputer üzərində olan bir proqramın sistemi ələ keçirməsinə deyilir.
Təhlükəsizlik əməkdaşlarının gəlməsi ilə birliktə sərnişinin oyun keyfi yarıda kəsildi.

Verilən məlumata görə təhlükəsizlik əməkdaşları adama monitora qoşduğu HDMİ kabeli çıxarmasını deyiblər. Oyun oynayan adam mədəni bir şəkildə oyunu bitirməyinə icazə vermələrini istəsə də təhlükəsizlik əməkdaşları bunu qəbul etməyiblər. Cəza almadan və problemsiz bir şəkildə məsələ həll olub.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
