Logo
    main-post-cover

    Heçbir kömək almadan Mişar istifadə etməyi öyrənən Oranqutan

    Digər
    07.05.2017
    Farid

    Vəhşi heyvanlar qəribə zəkaları ilə heyran etməyə davam edirlər.

    BBC-nin yeni başlayan sənədli filmi "Spy in the Wild”, bir təəccüblü seriyasını da geridə buraxdı.
    Əsllərinə olduqca oxşayan heyvan görünüşlü robotların vəhşi təbiətə buraxıldığı və digər heyvanların arasına qarışan robotların üstlərində yerləşdirilmiş kameralar ilə də heyvanların müşahidə edildiyi verilişdə, daha əvvəl aralarına aldıqları robot meymunun öldüyünü düşünəndə sanki yas tutan meymunların videosunu sizlər ilə paylaşmışdıq.
     
    Yeni seriyada isə baş qəhrəmanımız yenə meymun ailəsinin bir üzvü olan oranqutandır. Yaxınlarına bir ədəd mişar və kəsməsi üçün uyğun qalınlıqda bir neçə budaq yerləşdiriıən oranqutan, sanki daha əvvəldən mişar istifadə edibmiş kimi aləti dərhal mənimsəyir, hətta budaqları sabit tutmaq üçün ayaqlarını belə istifadə edir.
    Robot oranqutanın da onu bənzər hərəkətlərlə müşaiyət etdiyinin fərqinə vardığı anda da iş bir növ yarışa çevrilir. Bu maraqlı kadrları aşağıdakı videodan izləyə bilərsiniz.
     
    Paylaş
    Bənzər xəbərlər