
Həftənin ən yaxşı Android oyunları (10 Dekabr)
Həftə sonu gəldi və
sizləri yenidən ənənəvi olaraq həftənin ən yaxşı Android oyunları ilə tanış
edirik.
Distraint:
Pocket Pixel Horror
Oyunun baş qəhrəmanını müxtəlif tələlər, düşmənlər və
tapmacalar ilə dolu evin qaranlıq otaqlarından keçirdin. Baş qəhrəman dələduzluq
vasitəsilə həmin evin bütün sərvətini yaşlı qadından alıb. Bu əməlin cəzası
isə özünü gözləmədi. Belə ki, baş qəhrəman öz vicdanı və qorxuları ilə üz-üzə gəlməlidir.
Ona, naməlum evdən çıxmağa kömək edin. Personajı istənilən istiqamətdə hərəkət
etdirərək müxtəlif obyektlərlə qarşılıqlı əlaqədə olun və tapmacaların
cavablarını taparaq qapıların qıfıllarını açın. Oyunu burdan yükləyə bilərsiniz.
Ecotone Pocket
Bildiyiniz hər şeyi unudun. Bu oyunda siz quperqəhrəman olub
dünyanı xilas etməyəcəksiniz. Siz hətta özünüzü belə qurtara bilməyəcəksiniz. Süjetə əsasən baş qəhrəmanın ruhu, fiziki
və həndəsi qanunların işləmədiyi Ecotone adlı kainata düşür. Sizdən tələb
olunan isə personajın ruhunu müxtəlif növ 20 oyun səviyyəsindən keçirtməkdir.
Lakin bu elədə asan olmayacaq. Ruhun azad olması üçün o, xüsusi maskanı
tapmalıdır. Həmin maskanı isə sehirli məxluqlar qoruyurlar. Oyunu burdan yükləyə
bilərsiniz.
RoverCraft
RoverCraft, öz tərzi və gameplay xüsusiyyətinə görə tamamilə
Hill Climb Racing oyununa bənzəyir. Lakin RoverCraft-ın əsas özəlliyi ondadır
ki, burda oyunçular nəqliyyat növünü özləri yığa bilərlər. Nəqliyyat dedikdə isə
söhbət planetlərin səthində olan rover adlı nəqliyyatdan gedir. Oyunun əsas
ekranı, planetlər şəklində oyun səviyyələrinə bölünmüş singleplayer rejimdən
ibarətdir. Həmçinin burda missiyalar, turnirlər və nailiyyətlər bölməsi də var.
İstənilən xəritəni seçdikdən sonra oyunçu öz rover nəqliyyatını arzusuna görə
yığa biləcək. Bundan sonra planetləri fəth etməyə yollanmaq olar. Oyunu burdan yükləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər