
Həftənin ən yaxşı Android oyunları (25 Fevral)
Həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
Beat Racer
İnsanların olmadığı sürrealistik dünyada yalqız sürücü, bit
tərzində olan yol ilə səyahətə yollanır. Sizlər bu səyahətdə ritmlərlə dolu
musiqili landşaftlardan keçməli olacaqsınız. Yolda həmçinin siz müxtəlif maneələrdən
keçərək öz rəqiblərinizlə savaşmalı olacaqsınız. Bu, yolda səslənəcək musiqini
sona qədər dinləməyiniz üçün lazım olacaq. Oyunçular müxtəlif fonu və əl ilə
yığılmış avtomobili seçə bilərlər. Ritmik elektron musiqinin və gözəl qrafik tərtibatın
hökm sürdüyü yollara sürətli səyahətə yollanın. Oyunu burdan yükləyə bilərsiniz.
Gentleman Ninja
Bu oyunda siz öz diqqətinizi və reaksiyanızı yoxlamalı
olacaqsınız. Oyunda Gray adlı hansısa qrafın rolunda oynamaq lazım gələcək.
Onun qarşısına mütəmadi olaraq rəqiblər çıxır. Həmin rəqiblər iki rəngdə
olurlar. Göy və qırmızı. Rəqibin hücumu zamanı ona qalib gəlmək üçün siz lazımi
düyməyə klik etməlisiniz. Vəziyyəti həyəcanlı edən digər bir xüsusiyyət isə baş
personajın arxasında qalan yolun məhv olmasıdır. Beləliklə siz öz rəqiblərinizə
qarşı sürətli reaksiya bacarıqlarınızı sərgiləməlisiniz. Yalnız bu üsulla sürətli
şəkildə irəliləmək mümkün olacaq. Oyunu burdan yükləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər