
Həftənin ən yaxşı Android oyunları (4 Fevral)
Həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
Archer and Archers
Qrafik özəllik cəhətdən sözügedən oyun, oyunçuları təəccübləndirə
bilməz. Lakin onun gameplay hissəsi barədə bunu söyləmək qeyri-mümkündür. Oyuna
başlayan zaman ekranda iki noyunçunun əks olunduğu boş bir mühit yaranır. Qeyd
etmək lazımdır ki, burda həm kompüterə qarşı, həmdə real oyunçuya qarşı oynamaq
mümkündür. Oxatanların hər biri sonsuz sayda oxa sahibdirlər. Əsas məqsəd isə sərrast
atıcı olmaqdır. Oyunda fizika, çox həqiqi şəkildə yaradılmışdır. Belə ki, bir
oyunçunun digərinə atdığı ox onun müəyyən bədən hissəsinə dəydiyi zaman həmin
oyunçu müxtəlif cür zərər çəkir. Məsələn rəqib oyunçunun başına 2-3 dəfə dəyəndən
sonra udmaq olar. Lakin oyunda daha məzəli hallar baş verə bilər. Belə ki,
burda oyunçunun bədənindən başqa, oxların özləri də fiziki qanunlara tabe olur.
Məsələn atılmış ox, kiçik bucaq altında hədəfə dəyməyə də bilər. Bu cür özəlliklər
sözügedən oyunu maraqlı edir. Oyunu burdan yükləyə bilərsiniz.
Follow the Light
Mobil oyunlardan söhbət gedəndə sözügedən oyun unikal və
diqqəti cəlb edəndir. Bu oyun, oyunçuları təkliyin hökm sürdüyü və qorxu
hissinin var olduğu qaranlıq mühitinə salacaq. Heç nədən yaranmış gün işığı təqdim
olunmuş 30 oyun səviyyəsindən hər birində xüsusi məqsədinə çatmalıdır. Oyunda
idarəetmə sistemi çox primitivdir. Lakin oyunun əsas özəlliyi onun idarəetmə
sistemində deyil, dinamik işıqlandırma sistemidir. Dinamik işıqlandırma sistemi
sayəsində oyunda mistik və unikal oyun səviyyələri yaradılıb. Oyunu oynayan
zaman həmin işığın rəngini dəyişmək və onu təkmilləşdirmək olar. Məsələn onun
sürətini və ya tullanma hündürlüyünü artırmaq olar. Oyunu burdan yükləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər