
Həftənin ən yaxşı iOS oyunları
Android və iOS platformalı oyunlar bir xeyli fərqlənirlər. iOS platforması üçün nəzərdə tutulmuş oyunlar keyfiyyət baxımından bir qədər yüksək olurlar. Bunu nəzərə alaraq sizlərə həftənin ən yaxşı iOS oyunlarını təqdim edirik.
Ignatius
Limbo tərzində olan Ignatius oyunu
platformer janrındadır. Limbo-dakı kimi oyunçular oyun səviyyələrindəki olan
tapmacaların cavablarını tapmağa çalışacaqlar. Oyun vizual cəhətdən çox gözəl
və maraqlıdır. Ignatius öz maraqlı süjet xəttinə malikdir və onunla bağlı bir
çox sirlərə sahibdir. Oyunçu isə öz növbəsində bu sirləri açmalıdır. Oyun
Ignatius adlı oğlandan bəhs edir. Onun həyatı maraqsız və darıxdırıcı keçir.
Lakin günlərin birində o, teatr rejissoru Vigo ilə tanış olur. Vigo isə onu
teatr-ın görülməmiş dünyasına salır. Ignatius isə bu qorxunc paralel dünyadan
çıxmağa çalışır. Limbo sevənlər üçün
Ignatius əsl sürpriz olacaq. Oyunun əsl müsbət cəhəti isə onun tamamilə pulsuz
olmağıdır. Ignatius-u buradan yükləyə bilərsiniz.
Stony Road
Ketchapp studiyası bəlkədə mobil
telefonlar üçün ən yaxşı oyunlar hazırlayan studiyadır. Onların yeni oyunu olanStony Road minimalistik tərzdə olsa da çox cəlbedicidir. Oyunda hadisələr müəmmalı
və itkin sualtı şəhərdə cərəyan edir. Suyun daxilində isə oyunçular yalnız bu şəhərin
dağılmış qalalarını görəcəklər. Oyunçular kürə vasitəsilə qalaların üzəri ilə
qalxaraq onların yenidən inşasının şahidi olacaqlar. İlk baxışdan oyun sadə
görünsədə bu belə deyil. Belə ki, kürə ilə qalxan zaman oyunçunun qabağına müxtəlif
maneələr çıxacaq. Maneələri keçib xal toplamaqdan əlavə oyunçu öz diqqətini
xüsusi yaşıl kristalların toplanmasında cəmləməlidir. Həmin kristallar vasitəsilə
müxtəlif kürələri aktiv etmək mümkün olacaq. Əgər vaxtınızın tez bir zamanda
keçməsini istəyirsinizsə və bu cür oyun axtarırsınızsa onda Stony Road sizin
axtardığınız oyundur. Oyunu buradan yükləyə bilərsiniz.
The Quest Keeper
The Quest Keeper qısa zamanda yüksək
istifadəçi kütləsi yığan oyunlardan biridir. Belə ki, oyunun 1 aydan az bir
müddətdə App Store-da olmasına baxmayaraq onu artıq 1 milyondan çox insan yükləyib.
Əslində Quest Keeper, Crossy Road oyununun oxşarıdır. Məhz buna görə o, bu cür
məşhurluq qazanıb. Oyunda əsl məqsəd yüksək nəticə yığmaqdır. Bunu isə oyunçu
oyundakı səviyyənin sonuna qədər bacardığı qədər çox irəliləməklə əldə edə bilər.
Oyun varlanmaq istəyən personaj haqqındadır. Personaj öz yolunu qət etdikcə
onun qabağına müxtəlif sandıqlar çıxacaq. Həmin sandıqlar isə qiymətli əşyalarla
zəngindir. Ən çox rast gəlinənlər göy sandıqlardır. Lakin nadir tapıntı olanlar isə qızılı
sandıqlardır. Onları əldən buraxmaq olmaz. Təbii ki, bu qiymətli əşyalara sahib
olmaq heçdə asan olmayacaq. Belə ki, oyunda sizləri bir çox tələlər gözləyir. Yəni
indidən tez-tez personajın ölməyinə hazır olun. Oyunda həmçinin daxili mağaza
da var. Orada yığılmış qızılların hesabına müxtəlif tələlərdən qoruyacaq əşyaları
almaq olar. Bir sözlə The Quest Keeper öz janrında seçilən oyunlardan biridir və
sizləri saatlarla öz dünyasına çəkə bilər. Oyunu buradan yükləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər