
Həftənin ən yaxşı iOS oyunları (12 Fevral)
Həftənin ən yaxşı iOS oyunlarını sizlərə təqdim edirik.
Ketchapp
Winter Sports
Öz sadə oyunları ilə məşhur olan Ketchapp studiyası, yeni
oyunu Ketchapp Winter Sports-u
təqdim edib. Bu oyunda siz bir neçə qış idman növündə iştirak edəcəksiniz. İlk
öncə oyunçu öz bacarıqlarını xizək idman növündə sınayacaq. Xizək oyun səviyyəsi,
sürətli yol və sonda böyük bir tramplindən ibarətdir. Həmin tramplin vasitəsilə
oyunçu yüksək hündürlüyə tullanmaq imkanı qazanacaq. Əgər xizək növündə əsas məqsəd
ən uzun məsafəyə tullanmaqdırsa, konkisürmədə isə ən yaxşı vaxt nəticələrini
qazanmaq lazım gələcək. Maraqlısı ondadır ki, snoubort növündə iki rejim təqdim
olunub. Onlardan birində tramplindən tullanaraq müxtəlif fəndlər, digərində isə
dəmir maneələr üzərində müxtəlif fəndlər etmək lazım olacaq. Oyunda qazanılmış
bütün xallar və nailiyyətlər yazılaraq yaddaşda qalır. Həmin göstəricilərdən təkcə
sizin liderlər lövhəsindəki yeriniz deyil, həmdə şəxsi kubok saylarınız
asılıdır. Hər bir qazanılmış kuboka görə sizə kristallar veriləcək. Həmin
kristalları həmçinin oyun və reklamlara baxan zaman qazanmaq olar. Kristallar
vasitəsilə isə oyundaxili mağazada bir çox personajları və onlar üçün geyimləri
aktiv etmək mümkündür. Oyunu burdan yükləyə bilərsiniz.
Yobot Run
Oldschool qrafikaya sahib olmasına baxmayaraq sözügedən oyun
çox keyfiyyətli şəkildə hazırlanıb və diqqəti özünə cəlb edir. Robotların
istehsalı ilə məşğul olan zavod, böyük təhlükə qarşısındadır. Belə ki, zavodda
böyük qəza baş verib və bütün sistemlər yenidən işə salınmalıdır. Digər bütün
robotların nasazlıqdan əziyyət çəkdikləri halda Yobot adlı cəsur robot özünü təhlükəli
macəraya hazırlayır. Maraqlı özəllik isə ondan ibarətdir ki, təhlükəni aradan
qaldırmaq üçün uzun yola çıxacaq robot heç də super təkmilləşdirilmiş bir robot
deyil. O yalnız iki şeyi bacarır. İkiqat tullanmağı və yerində dayanmağı. Bəli
gülməli səslənə bilər. Lakin nəzərə alsaq ki, robot daimi hərəkətdədir,
ara-sıra hərəkətsiz şəkildə yerində dayanmağın öz müsbət cəhətləri var. Texniki
tərəfdən robot heç nəyə sahib olmasa da bizim köməyimizə müxtəlif gücləndiricilər
gələcək. Həmin gücləndiricilər müəyyən vaxt çərçivəsində çalışır. Bunların
arasına üçqat tullanmaq, möhkəmılik və s. daxildir. Ümumilikdə oyun, 30 səviyyədən
bir qədər çoxdur. Lakin hər bir səviyyəni keçmək elə də asan deyil. Hər yeni səviyyəyə
aparan qapının açarını tapmaqdan əlavə, birinci həmin qapıya çatmaq lazımdır.
Maneələrə və ya tələlərə edilmiş kiçik bir toxunuş belə, robotu sıradan çıxarda
bilər. Oyunu burdan yükləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər