
Həftənin ən yaxşı iOS oyunları (23 Oktyabr)
Ənənə üzrə bu həftə də sizlərə həftənin
ən yaxşı iOS oyunlarını təqdim edirik.
Ketchapp Tennis
"Ketchapp” studiyası mobil oyun bazarını fəth etməyə davam edir. Bu dəfə
studiya tennisə üz tutub. Ketchapp Tennis oyununda tennisçi demək olar ki, hər şeyi özü edir. O özü kort üzərində hərəkət
edir, vuruş üçün yaxşı yeri seçir, topa vurur. Bizdən tələb olunan yeganə şey
isə topa lazımi vuruş anını tapmaqdır. Oyunda iki rejim mövcuddur. Birinci
rejim bir növ singleplayeri xatırladır. İkinci rejim isə real oyunçularla oyun
üçün nəzərdə tutulmuş multiplayerdir. Ketchapp Tennis-də singleplayer rejim
maraqlı şəkildə realizə olunub. Nəzərə alsaq ki, studiyanın bütün oyunları
sonsuz oyun prosesindən ibarətdir, ənənəvi olaraq bu oyundada proses təkrarlanır.
Məsələ burasındadır ki, singleplayer rejimdə oyunçu heç vaxt rəqibə qalib gələ
bilməyəcək. Rəqib həmişə oyunçudan öndə olacaq. Əsas məqsəd isə daha çox xal
toplamaqdır. Yeni rekordlara imza atdıqca siz öz oyunçunuzun oyun səviyyəsini
qaldıra bilərsinz. Tələb olunan 100 qızıl qəpiyi yığandan sonra siz özünüzə
yeni oyunçu ala bilərsiniz. Baxmayaraq ki, oyun çox primitiv və standart
alınıb, onu oynamaq yenədə maraqlıdır. Oyunu burdan yükləyə bilərsiniz.
Flappy Golf 2
Flappy Bird artıq çoxdan rəsmi onlayn servislərdən çıxarılıb. Lakin hamı
o oyunu çox gözəl xatırlayır. Flappy Bird dəliliyini yenidən yaşamaq istəyənlər
üçün əla fürsət yaranıb. Belə ki, həmin tərzdə qolf oyunu ortaya çıxıb. Flappy
Golf 2 adlı oyun özündə iki oyun prosesini birləşdirir. Bu həm Flappy Bird kimi
təkbarmaqlı, həmdə qolf oyunudur. Bu cür sintez nəticəsində adi qolf topu
qanadlara sahib olub və özü lazımi dəliklərə çatmağı bacarır. Bütün oyun
prosesi 2 düymə ilə reallaşdırılır. Sağ və sol tərəflərə hərəkət etmək üçün
düymələr. Hər bir oyun səviyyəsi müxtəlif forma və ölçülü landşaftdır. Oyunçunun
məqsədi qolf topunu müəyyən yerdən dəliyə salmaqdır. Lakin burda bir məsələ var
ki, topa vuran zaman top göydə adi şəkildə uçmur. O, havada sanki qısa-qısa irəliləyişlər
edir. Əgər oyunçu topu dəliyə minimal hərəkətlərlə çatdırsa onda o ən prestijli
mükafata layiq görüləcək. Oyun hər birində 9 səviyyə olan 29 oyun mühitindən
ibarətdir. Bundan əlavə olaraq oyunda multiplayer rejim də mövcuddur. Həmin
rejimdə oyunçular öz dostları ilə yarışa bilərlər. Flappy Golf 2 oyununu burdan yükləyə bilərsiniz.
Stunt Rush
Sözügedən oyun yarış tərzindədir və stressi atmaq üçün əla seçimdir. Oyunun özəlliyi
ondan ibarətdir ki, oyunçu burda digər rəqiblərlə deyil, məhz zamanla
yarışmalıdır. Lakin bu xüsusiyyəti mənfi adlandırmaq olmaz. Məhz bu xüsusiyyətə
görə oyun sakitləşdirici musiqilər əldə edib. Əsas məqsəd keçmiş rekordları
keçməkdir. Nəqliyyat növü kimi oyunçuya futuristik bolid təklif olunur.
Yolların özü də futurustik tərzdədir. Oyunda ümumilikdə 10 yol var və həmin
yolların hər birini keçməyə müəyyən vaxt verilir. Əgər siz döngələri düzgün
dönsəniz və zaman bitməmiş finiş xəttini keçsəniz onda 5 ulduz qazanacaqsınız.
Həmin ulduzların hesabına isə yeni yollar və bolidlər əldə olunur. Oyunda
reklamlara baxan zaman oyunçu əlavə ulduzlar qazanır. Məsələn əgər siz 5 reklam
çarxına baxsanız deməli 5 ulduz qazanacaqsınız. Əgər sakitləşdirici bir şey
axtarırsınızsa onda bu oyun ilə mütləq tanış olmalısınız. Oyunu burdan yükləyə
bilərsiniz.
Paylaş
Bənzər xəbərlər