
Həftənin ən yaxşı iOS oyunları (26 Fevral)
Həftənin ən yaxşı iOS oyunlarını sizlərə təqdim edirik.
Chezz
Kimsə düşünə bilər ki, bu oyun ənənəvi şahmat oyununun
parodiya olunmuş versiyasıdır. Lakin Chezz tamamilə başqa oyun üslubunu təqdim
edərək şahmata fərqli nöqteyi nəzərdən baxmağa imkan verir. Belə ki, sözügedən
şahmat oyununun əsas ideyası ondan ibarətdir ki, istənilən oyunçu, rəqibin
cavab gedişini gözləmədən bütün fiqurları hərəkət etdirə bilər. Oyunda baş verən
hər şeyi detallı şəkildə anlamaq üçün siz şahmata, müəyyən vaxt ərzində düzgün
gedişin necə olacağını fikirləşərək strategiyanın qurulması oyunu kimi
baxmamalısınız. Bu, sözün əsl mənasında ənənəvi şahmat tərzini yox edir. Oyunun
hər bir dəqiqəsində oyunçudan, hər xananı izləməsi tələb olunur. Belə ki, rəqib
tərəfdən cavab hücumu istənilən yerdən gələ bilər. Chezz-də hər bir fiqur,
gediş animasiyasına və növbəti gediş üçün tələb olunan vaxt intervalına
sahibdir. Məsələn əgər siz atla gediş etmisinizsə onda onunla növbəti gedişi
etmək üçün siz bir neçə saniyə gözləməli olacaqsınız. Bundan əlavə olaraq hər
bir fiquru təkmilləşdirmək də olar. Beləliklə fiqurlar, gediş sürətini yüksəldə
və növbəti gediş üçün olan gözlənti intervalını aşağı sala bilərlər. Bütün bu
özəlliklər çoxlu sayda oyun növünün reallaşdırılmasına gətirib çıxardır. Oyunun
singleplayer rejimi müxtəlif, bəzən isə inanılmaz qarşıdurmalar təqdim edir.
Belə ki, fiqurlar tamamilə fərqlənə və ya onların yerləri ənənəvi olmaya bilər.
Hətta elə oyun səviyyələri var ki, oyunçunun fiqurları məhdud saydadır. Təbii
ki, bu cür oyunda multiplayer rejimə də yer verilib. Oyunu burdan yükləyə bilərsiniz.
Solid Soccer
Solid Soccer, tam olaraq futbol simulyatora bənzəyir. Yəni
burda da oyunlar, böyük stadionda keçirilir, hər bir komandada 11 oyunçu olur.
Həçinin burda autlar, küncdən zərbələr və qapıdan zərbə var. Lakin offside və cərimə
zərbələri kimi özəlliklər haqqında söhbət belə gedə bilməz. Buna baxmayaraq
oyunun mobil olmasına nəzərən onda reallaşdırılmış bir çox xüsusiyyətlər
sevindirməyə bilməz. Təbii ki, ilk oyun məşq xarakteri daşıyır. Bundan sonra
siz, idarəetmə mexanikasını öyrənərək pas ötürməyi, topu idarə etməyi və onu rəqibdən
almağı öyrənəcəksiniz. Bundan sonra isə real oyunçularla oynamaq imkanı
yaranır. Oyunda bir neçə liqa var. Reytinq cədvəlində sizin reytinqiniz
artdıqca həmin liqalar da növbə ilə aktivləşəcəklər. Başlayanda isə standart
olaraq yüksək liqadan başlamaq lazımdır. Adına baxmayaraq sözügedən liqa,
oyunda ən aşağı səviyyədə olanı hesab olunur. İlk başlarda sizlər elə düşünə
bilərsiniz ki, əslində botlara qarşı oynayırsınız və hər bir oyun çox asan şəkildə
yekunlaşır. Lakin bunun səbəbi o ola bilər ki, sizlərə sadəcə olaraq peşəkar
oyunçular rast gəlməyib. Müəyyən müddətdən sonra proses, getdikcə çətinləşəcək
və hər bir oyunu qabiliyyətlə başa vurmaq müşkül işə çevriləcək. Təbii ki, hər
bir oyunda qalib gəlmək məsləhət görülür. Belə ki, qalibiyyətdən sonra sizlərə
kartlar verilir. Həmin kartlardan birini çevirdikdə qızıl pul, ulduz və ya yeni
oyunçu çıxa bilər. Qızıl və ulduz sizə, komandanızı təkmilləşdirmək üçün
lazımdır. Bundan əlavə olaraq komandadakı hər bir oyunçunu, təqdim edilmiş 3
xüsusiyyət üzrə təkmilləşdirmək olar. Sürət, zərbə gücü və topu rəqibdən almaq
bacarığı. Qapıçılarda isə sonuncu xüsusiyyət reaksiya ilə əvəz olunub. Bir söznən
real oyunçulara qarşı mübarizə aparmaq istəyirsinizsə onda bu oyunu
yoxlamalısınız. Oyunu burdan yükləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər