
Həftənin ən yaxşı iOS oyunları (27 Noyabr)
Həftənin ən yaxşı iOS oyunları ilə sizləri
tanış edirik.
Wild City Rush-Urban Jungle Adventure
Oyunda hadisələr zoorparkdan
qaçmış heyvanların hücum çəkdikləri şəhərdə cərəyan edir. Oyunçu ilk öncə
balaca pələngin rolunda çıxış edəcək. Belə ki, həmin balaca pələng zooparkdan qaçsa da şəhərdə baş verən qiyamətdə iştirak etmək istəmir. İndi isə
o, bir çox oyun səviyyələrindən keçərək şəhərdən çıxmalıdır. Təbii ki, oyunu
keçən zaman başqa heyvanların rolunda da oynamaq mümkün olacaq. Oyunda idarəetmə
standartdır. Bir düymə yalnız irəli getmək üçün, digər düymə isə müxtəlif
istiqmətlərə dönmək üçün nəzərdə tutulub. Hər bir oyun səviyyəsini keçəndən
sonra oyunçu xüsusi sandıqça ilə mükafatlandırılacaq. Həmin sandıqçanı açmaq
üçün isə vaxt lazımdır. Sandıqçaların içində qızıl qəpiklər var. Həmin qızıl qəpiklərin
hesabına oyunçu heyvanı sürətləndirə və ya digər heyvanların səviyyələrini
qaldıra bilər. Oyunu burdan yükləyə bilərsiniz.
Island Trip
Bu oyun abstrakt dünyalarda macəralara
atılan müxtəlif növ heyvanardan bəhs edir. Oyunda idarəetmə çox sadədir. Deməli
bu və ya digər heyvanın qarşısında qırmızı və yaşıl plitələr olur. Onun
qarşısında hansı rəng plitənin olmasından asılı olaraq, oyunçu ekranın sağ və
sol hissəsindəki qırmızı, yaşıl hissəyə klikləməli olacaq. Beləliklə oyunçu rənglərə
klikləyən zaman heyvan irəliləyəcək. Məsələn əgər heyvanın qarşısında qırmızı
plitə durursa onda oyunçu ekranın sol tərəfindəki qırmızı rəngli işarəyə klikləməlidir.
Yox əgər həmin plitə yaşıldırsa onda oyunçu ekranın sağ tərəfindəki yaşıl hissəyə
klikləməlidir. Lakin burda bir məsələ var ki, oyunu sürətlə oynamaq lazım gələcək..
Belə ki, arxanızda qoyduğunuz plitələr məhv olmağa başlayacaq. Əgər bir qədər ləng
tərpənsəz onda uduzacaqsınız. Qalan elementlər isə standart olaraq qalır. Oyun
səviyyəsini keçib xal qazanırıq və yeni personajları aktiv edirik. Oyunu burdanyükləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər