
Həmyerlilərimiz Golden Byte qlobal finalı üçün Ukraynadadırlar: Hansı komandalar çıxış edəcək?
Hər il 10.000-dən çox gəncin
iştirak etdiyi beynəlxalq IT çempionatı “Qızıl Bayt” artıq
10-cu dəfədir təşkil olunur. Bu il isə Azərbaycan ikinci dəfə bu beynəlxalq
yarışda təmsil olunacaq. 20.000$-lıq uduş fonduna malik olan bu yarışda
hər il Ukrayna, Belorusiya, Qazaxstan, Rumıniya, Slovakiya, Bolqarıstan və
Moldovadan komandalar iştirak edir. Keçən il Azərbaycanın da iştirak etdiyi bu
tədbir, ölkəmiz üçün kifayət qədər uğurlu alındı. Ukraynada yarışmış
komandalarımız 2 qızıl və 2 bürünc medalla vətənə
qayıtdılar. “Create The World” mövzulu bu dəfəki yarışda iştirak
etmək üçün komandalar 3 regional mərhələdən keçiblər. Nəticə etibarilə “Qızıl
Bayt” yarışının beynəlxalq finalına 7 nominasiya üzrə vəsiqə qazanmış
iştirakçılar aşağıdakılardır:
“Game Design” nominasiyası üzrə:
“RIC” layihəsi (Rauf Cəfərov,
Çingiz Əhmədov, İlham Abdullayev)
"Character Design” nominasiyası üzrə:
“EVA” layihəsi (Sevinc Əzimova)
“Short Movie” nominasiyası üzrə:
“Hər şey bizim Əlimizdədir” layihəsi
(Əli Cavid)
“StartUp Challenge” nominasiyası üzrə:
“Wand” layihəsi (Elçin Ağazadə, Murad Məmmədov, Anar Əliyev)
"Run to Help" layihəsi (Heydər Gərayzadə, Səbinə Basariyeva, Albina Cəfərova)
“Mobile Development” nominasiyası üzrə:
“Wi-Fi File Manager” layihəsi (Turxan Bədəlov)
“Web Project” nominasiyası üzrə:
“Stock Up” layihəsi (Ruslan Bayramov)
“Junior Competition” nominasiyası üzrə:
“Taskie” layihəsi (Emil İsmayılzadə)
Sabah yəni 19 May tarixində regional finalda 1 -ci yeri tutumuş iştirakçılar öz layihələrini
münsiflər heyyətinə təqdim edəcəklər. 20 May tarixində isə iştirakçılar hər nominasiya
üzrə qalibiyyət uğrunda mübarizə aparacaqlar. Yarışın yekununda təyin olunmuş
nominasiyalar üzrə qaliblər elan olunacaq və yarış üçün nəzərdə tutulmuş uduş
fondu olan 20.000$ dəyərində mükafatlar qaliblər arasında
bölünəcək. 10 ölkənin, 10.000 nəfərin və 3000 layihənin qoşulduğu
bu tədbir Step IT Akademiyası tərəfindən təşkil
olunur. Partnyorlar arasında baş sponsor qismində AzerTelecom və dəstəkçi qismində Bakcell Applab İnkubasiya mərkəzini qeyd etmək lazımdır. Yarışın final mərhələsində layihələri IT və startap sahəsində tanınmış
mütəxəssislər dəyərləndirir. Keçən il Azərbaycanın ilk dəfə qatıldığı bu tədbirdə
ölkəmizi 6 nominasiya üzrə 6 komanda təmsil etdi. “Web
Project” nominasiyası üzrə yarışan E-tap.az layihəsi sözügedən
nominasiya üzrə yekun finalda 1-ci yerə layiq görüldü. “Character Design”
nominasiyası üzrə isə Vaqif Rüstəmov ən yaxşı xarakteri canlandıran şəxs oldu və
qızıl medal qazandı. “Team Safety” və “Team Java
Jet” komandaları isə uyğun olaraq IoT və Startup Challenge
nominasiyaları üzrə 3-cü yeri tuta bildilər. Qeyd edək ki, qaliblərdən biri
Step IT Akademiyasında təhsil alan tələbə idi. 6 komanda ilə təmsil olunan Azərbaycan
keçən il yarışda effektiv çıxış edən ölkələrdən olmağı bacardı.
Paylaş
Bənzər xəbərlər