
Hər bir startapçının özünə verməli olduğu 25 sual
Hər bir startapın lideri öz
brendini yaradan zaman özünə bəzi sualları verməlidir. Bu suallar onun gələcəkdə
uğur qazanmasına kömək edəcək. Onlara olan cavablar isə yeni sahədə düzgün
istiqamətləndirməni təmin edəcək.
1. Sizin yeni brendiniz dünyada nəyi dəyişir? Nəyə görə hamı bu dəyişikliyi
böyük məmnuniyyətlə qəbul edəcək?
2. Bu dəyişiklikləri edən zaman hədəf
kütləniz hansıdır? Nəyə
görə həmin hədəf kütləsi?
3. Sizin brendinizin yaranması
hal-hazırki bazarın iqtisadiyyatı və dinamikası üçün nə gətirəcək? Buna nə qədər zaman lazım
olacaq?
4. Nəyə görə bu hələ baş verməyib? (Səbəblər üzrlü olmalıdır)
5. Sizin təklif etdiyinizə insanlar nə
dərəcədə hazırdırlar? (İlk öncə bazarı bu üzrə təhsilləndirməlisinizmi?)
6. Sizin təklif etdiyinizi digərləri
edə bilərlərmi? Bu baş verdiyi halda hansı sürətlə ola bilər?
7. Siz ideyanızın hansı elementlərini qoruya bilərsiniz?
8. Siz unikal dəyəri təklif edə bilərsiniz?
9. Bu sizin brendinizi hansı dərəcədə
rəqabətə qabiliyyətli edəcək?
10. İstehlakçılar sizin brendinizdə özlərinə
hansı dəyərli xüsusiyyəti tapacaqlar?
11. Kimlərlə əməkdaşlıq etməyəcəksiniz?
12. Hansı davranısı münasib hesab edəcəksiniz? Bəs hansı davranışı münasib
hesab etməyəcəksiniz (baxmayaraq ki, bu sərfəli olacaq)?
13. Nəyə görə sizin mövqeyiniz və
fikirləriniz istehlakçını həmişə aldığı məhsulu almaqdan imtina etməsinə təsir
edir? Sizin brendiniz
istehlakçı tərəfdən necə tez bir zamanda seçiləcək?
14. Hansı xüsusiyyətinizə görə məşhur
olacaqsınız? (Nüfuzun qurulmasında əsas məqsədləriniz hansılardır?)
15. Bu artıq digərlərində olan bir
xüsusiyyət olacaq? (Siz yeni mühitdə rəqabət aparırsız yoxsa artıq məşhur olan
bir işlə məşğulsunuz?)
16. Siz bazarın diqqətini necə cəlb edəcəksiniz?
Digərlərində maraq oyatmaq üçün siz nə edəcəksiniz?
17. Sizin anlaşıqlı təklifiniz varmı?
Siz bu təklifin zaman ilə dəyişməsini və genişlənməsini görürsünüzmü?
18. Brendin dəyəri baxımından sizin hədəf
məqsədiniz nədir? Siz dəyəri 5 milyon və ya 500 milyon dollar olacaq bir brend
yaratmaq istəyirsiniz? Siz
bunu necə anlayacaqsınız?
19. Siz sizin brendinizin zamanla daha
dəyərli olacağını necə ifadə edə bilərsiniz? Uğuru necə ölçmək fikrindəsiniz?
20. İnsanları sizin brendi sınaqdan
keçirtməyə motivasiya etmək üçün hansı pulsuz imkanları verəcəksiniz? Bunu nə qədər müddətdə etmək
fikrindəsiniz?
21. İnsanlardan hanı səbəbdən pul istəyəcəksiniz? Nə üçün? (Onlar pulsuz olaraq nə əldə edəcəklər?)
22. Onlar sizi hardan tapacaqlar? (Və size tapmaq istəməkdə onları nə
məcbur edəcək?)
23. Onlar sizi necə tanıyacaqlar? (Hansı sektorun bir hissəsi
olduğunuz aydındırmı? Və
aydındırmı ki, həmin sektorda siz digərlərinə bənzəmirsiz?)
24. Sizin adınız sizin biznes modeliniz
haqqında nə deyə bilər? (O,
sizin mədəniyyətiniz haqqında nə deyə bilər?)
25. Brendiniz nə qədər müddət yaşayacaq? (Bu barədə sərhəd
qoyursunuzmu?)
Startap çox maraqlı və qəliz məsələdir. Şəxsi brendin yerini elə
tutmağı bacarmaq lazımdır ki, həmin brend həm istehlakçıya anlaşıqlı olsun, həmdə
onların artıq bildiklərindən fərqli olsun. Düzgün istiqaməti seçmək və özün
üçün dəqiq məqsədləri yaratmaqda bu sualların cavabları köməklik edəcək.
Paylaş
Bənzər xəbərlər