
Hər Kateqoriyadan Film Yükləyə/İzləyə Biləcəyiniz Qanuni Saytlar
Digər
07.05.2017
Farid
Qeyri-qanuni video izləmək və yükləmək zaman-zaman
problemləri də bərabərində gətirir. Hətta buna görə pul cəzası alan insanlar da
var. Sizi bu əziyyətdən qurtarmaq üçün sərbəst film izləyib, yükləyə biləcəyiniz
internet saytları təqdim edirik.
Bir çox internet saytları bu baxımdan müəllif
hüquqlarını pozaraq alt yazı və ya dublaj edərək filmləri paylaşır. Belə olan
halda xaricdə buna görə çox yüksək miqdarda pul cəzası ödənilir. Sizi bundan
azad etmək üçün bəzi alternetiv üsullar təklif edirik. Təklif olunan bu
saytlardan leqal yolla film, serial və musiqi endirə və izləyə bilərsiniz.
1. Crackle – Bu saytda siz bir çox tanınan
filmləri izləyə bilərsiniz. Onu da qeyd etmək yerinə düşər ki, Crackle, Sony şirkətinin tərkibində yer alır.
2. Vimeo – Bu platforma da eynilə Youtube kimi film, musiqi və serialların yer aldığı saytdır.
3. SnagFilms – Burda 10.000-dən çox filmin
yer alır və iOS və Android tətbiqlərini
istifadə edərək film və videolar izləyə bilərsiniz.
4. Top Documentary Films – Bu sayt sənədli
filmləri ilə tanınır və burda 3.000-ə qədər film yer almaqdadır. Bundan əlavə
digər platformalardan fərqli olaraq bu saytda filmlər minimum 60 dəqiqə təşkil
edir.
5. Archive.org – Saytın adından göründüyü
kimi burda köhnə filmləri izləmək mümkündür.
6. Open Culture – Bu sayt əsasən kitab və
film sevənlərin seçəcəyi bir saytdır. Çünki bu saytdan həm müxtəlif yazı və məqalələri
oxuya bilər, həm də filmlər izləyə bilərsiniz.
7. Big Five Glories – Bu saytda 1920-1950-ci illəri əhatə edən Hollywood-a aid filmləri izləyə bilərsiniz.
Saytda hal-hazırda da məhşur film istehsalçıları Century Fox, RKO Pictures, Paramount
Pictures, Warner Bros və Metro-Goldwyn-Mayer filmləri yer alır.
8. Retrovision –Burda həm film və
televiziya verilişləri izləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 18-in hansı prosessoru əldə edəcəyi açıqlanıb
