
Hər posta görə istifadəçiyə vəsait ödəyəcək blockchain əsaslı sosial şəbəkə gəlir
Sosial şəbəkələr öz bizneslərini, istifadəçi məlumatları üzərində qururlar. Bununla belə adi insanlar bundan xeyir götürmürlər.
Bunun alternativ variantını, Etherium blockchain platforması
əsasında qurulmuş Indorse adlı sosial şəbəkə təqdim edir. Bu sosial şəbəkə öz
istifadəçilərinə hər paylaşıma görə xallar verməyə hazırlaşır. Həmin xallar vasitəsilə isə kriptovalyuta qazanmaq mümkündür. Indorse-un məqsədi, Facebook
ilə rəqabətə girmək deyil. Belə ki, o, LinkedIn-nin yeni versiyası olmağa
çalışır. Beləliklə istifadəçilər bu sosial şəbəkədə xallara görə öz
professional bacarıqlarını paylaşacaqlar. Yeni sosial şəbəkə, Etherium
blockchain platforması üzərində qurulur. İstifadəçilər, Indorse Rewards adlı
bonuslar və Indorse Score adlı
reytinqlər əldə edəcəklər. Reytinqi, digər istifadəçilərin dəstəyi sayəsində
yüksəltmək mümkün olacaq. İstifadəçi nə qədər çox saytdan istifadə etsə və orda
paylaşım yerləşdirsə, bir o qədər də xal əldə edəcək.
Məlumatlarla bağlı olacaq
bütün əməliyyatlar və bonuslar, Etherium sistemində qeydiyyatda olacaq.
Kriptovalyutaya isə istifadəçi tərəfindən yığılmış xallar deyil, reklamverənlər
tərəfindən təqdim olunacaq rəqəmsal tokenlər çevriləcək. Bu isə o deməkdir ki,
blockchain sosial şəbəkənin öz kriptovalyutası yaranacaq. Bu cür üsulnan
sözügedən platformanın yaradıcıları, indiki sosial şəbəkələrin 3 problemini həll
etmək istəyirlər. Birinci problem, istifadəçi kontenti sayəsində şirkətin vəsait
qazanmasıdır. Bu halda bəyənmə və paylaşılma saylarını nəzərə almasaq, isitfadəçi
başqa heçnə ilə mükafatlandırılmır. İkinci problem, daimi idarəetmədir. Bu idarəetmə
müəyyən qrup şəxslərin əlindədir. Beləliklə sosial şəbəkələr, avtonom rejimə
keçid edə bilmirlər.
Üçüncü problem isə mərkəzləşdirilmiş idarəetmə sisteminə
güvənin olmamasıdır. Bununla yanaşı, Indorse-un yaradıcısı, reklama qarşı
deyil. “Biz, mərkəzləşdirilmiş sosial mediaya qarşıyıq. Biz, yeni desentralizəedilmiş sosial şəbəkəyə ehtiyacın olduğuna inanırıq. Bu halda məlumatların idarəolunması
yenidən istifadəçinin öhdəliyinə keçəcək” – deyə şirkət bildirib. Sosial şəbəkələrə
inam hər il getdikcə azalır. ABŞ-da olmuş prezident seçkilərindən sonra bu inam
daha da azaldı. Belə ki, bu seçkilərdə Facebook-un çox böyük rolu oldu. Sosial
medianı nəinki yalan xəbərlərə görə, həmçinin istifadəçi məlumatlarının satılmasında
da tənqid edirlər. İstifadəçilərin çox hissəsi düşünür ki, Facebook öz gəlirinin
bir hissəsini adi istifadəçilərə verməlidir. Bunun üçün şirkət xüsusi fond
yarada və həmin fond vasitəsilə hər ay istifadəçilərə müəyyən miqdarda ianə verə
bilər.
Paylaş
Bənzər xəbərlər