
Hideo Kojima-nın yeni oyunundan möhtəşəm foto
Yaponiyalı game-dizayner Hideo Kojima tərəfindən təsis
edilmiş Kojima Productions studiyası E3 2016 oyun sərgisinin keçirilməsinə az
müddət qalmış öz yeni oyunundan olan Ludens adlı personajın yeni fotosunu təqdim
edib. Yeni fotoda personaj öz üzünün kiçik bir hissəsini göstərib. Hideo Kojima
fotoya rəy bildirməyib. Bunun yerinə o oyunçulara fantaziyalarını işlədərək
fotoda nəyi gördüklərini bildirməyə imkan verib. Daha əvvəl qeyd olunmuşdu ki, Ludens kosmosda səyahət etmək üçün nəzərdə tutulmuş geyim ilə təchiz olunub.
Hideo Kojima yeni oyunu Sony şirkətinin dəstəyi ilə birlikdə hazırlayır. Hələki
adı bilinməyən yeni oyun PC və PS4 üçün satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər