main-post-cover

    HTC şirkətinin vəziyyəti yaxşı deyil: Maddi problemlər daha da artıb

    Digər
    04.07.2018
    Nijat Hamid
    İlk Android telefonu istehsal edən, aliminium gövdələr ilə mobil telefon bazarına yeni trend gətirən HTC şirkəti son illərdə ciddi maddi problemlərlə üz-üzədir. U12 Plus modelinin satışa çıxması ilə biraz da olsa dirçəlməyi planlayan şirkət gözlədiyi nəticəni əldə etmədi. 
    HTC şirkəti Tayvan-da istehsal zavodunda 1500 nəfəri işdən çıxaracağını açıqladı.     
    Şirkət onsuz da bir çox zavodlarını bağlamış və eləcə də çoxlu işçisini azad etmişdi. Ümumi olaraq maddi problemlər səbəbi ilə son illərdə 6450 nəfər HTC şirkətindəki işindən azad edilib. Bu da təxmini olaraq şirkət personallarının 4-də 1-i deməkdir. Google ilə edilən razılaşmalardan sonra Pixel modellərinin hazırlanmasında işləyən 2000 mühəndis Google-a transfer olmuşdu. Vive ProU12 Plus kimi cihazları ilə gəlirini artırmağı düşünən şirkət istənilən satış rəqəmlərinə çata bilmədi. Bir çoxumuzun ilk telefonu HTC olmuşdur yəqinki. Ümid edirik şirkət yeni stratejik plan hazırlayar və dirçələr.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər