
İki keçmiş Facebook işçisindən, həyatınızı qeyd edə biləcəyiniz yeni tətbiq
"Facebook"-da işləmiş olan iki proqramçı, "Fabric" adlı tətbiq ilə diqqətləri cəlb etməyi bacardılar. Yaşanılan hər günü qeydə alan tətbiq, bir gündəlik vəzifəsi daşıyır.
Texnologiya
dövründə hər şey qeydə alınır... Şəkillərimiz, videolarımız, gəzib gördüyümüz
yerlər, yeyib içdiklərimiz. Hamısı yaxşıdır amma bu qeydlər bizim istəyimiz üzərinə
edilən paylaşımlardan ibarətdir. Fasiləlidir və bir gündəlik yaratmaq üçün
sistemli bir təmələ sahib deyil. Yəni, bu qədər qeydə alınırıq amma hələ iki
gün əvvəl nə yemək yediyimizi, kinoya ən son hansı tarixdə, nə vaxt getdiyimizi
bilə bilmirik.
İki
keçmiş Facebook işçisi Arun Vijayvergiya və Nikolay Valtchanov bu problemə həll olacaq bir layihəni həyata keçirdilər.
Hələ ki başlanğıc mərhələsində olan Fabric adlı tətbiq şəxsi bir gündəlik
yaratmağınıza kömək edir. Məlumatları tamailə avtomatik olaraq yaradılan gündəlikdə
hər gün etdikləriniz qeydə alınır. Getdiyiniz məkanlar, çəkdirdiyiniz şəkillər,
qeyd dəftərinə yazdıqlarınız, qulaq asdığınız mahnılar və s.
Yəni
bir növ həyatınızı orda arxivləyirsiniz. Tətbiqdə hələ ki belə bir funksiya
olmasa da əsl məqsəd keçmişə istiqamətli bütün suallarımıza cavab verən bir
sistem yaratmaqdır. Məsələn, Fabric tətbiqinin növbəti versiyalarında, tətbiqdən
"Ən son kinoya nə vaxt getdim?” deyə soruşa biləcək və cavab ala biləcəksiniz.
Ya da "son günlərdə hansı musiqilərə qulaq asıram?” deyə bir sual soruşmağınız
da mümkün ola biləcək. Təbii ki bunlar üçün hələ biraz vaxt var. Ancaq tətbiqi
hal-hazırda da istifadə edə bilərsiniz. Hələki sadəcə iOS üçün hazırlanmış tətbiqi
"Buradan” əldə edə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər