
İkinci Spectre və Meltdown təhlükəsi: Intel prosessorlarında yeni sistem boşluğu aşkar edilib
Microsoft və Google şirkətlərinin
mütəxəssisləri Intel prosessorlarında yeni sistem boşluğu aşkar ediblər. Həmin
sistem boşluğunun aradan qaldırılması üçün prosessorlardakı mikrokodu yeniləmək
lazımdır. Bu isə öz növbəsində bəzi sistemlərin iş sürətini azaldacaq. Yaxın
bir neçə həftə ərzində Intel şirkəti sistem yenilənməsini təqdim edəcək. Lakin
ilk öncə şirkət biznes əməkdaşlar üçün yenilənmənin beta versiyasını təqdim edəcək.
Beləliklə yenilənmə sözügedən sistem boşluğundan qoruyacaq, lakin eyni zamanda
bəzi sistemlərin iş sürətini də azaldacaq. Yeni sistem boşluğu Microsoft şirkətinin
mütəxəssisləri tərəfindən hələ 2017-ci ilin Noyabr ayında aşkar edilmişdir.
Şirkət mütəxəssisləri həmin boşluğu aşkar edəndən sonra boşluqların
planlaşdırılmış aşkar olunması (Coordinated Vulnerability Disclosure) proqramı çərçivəsində
onları Intel şirkətinə ötürmüşdülər. Çox güman ki, yeni sistem boşluğu Spectre
və Meltdown-a bənzəyir.
Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə hackerlər Spectre və Meltdown
sayəsində Intel nüvəsinin yaddaş çatışmazlığından istifadə edərək istifadəçilərin
kompüterlərindən şifrələri, faylları və digər məlumatları oğurlaya bilirdilıər.
Bununla belə bu məsələdə Microsoft-un təqdim etmiş olduğu yenilənmədən sonra
istifadəçilər öz kompüterlərinin çalışmasında problemlər ilə qarşılaşırdılar.
Paylaş
Bənzər xəbərlər