Logo
    main-post-cover

    İKTA poçt operatorları üzrə şikayət indeksini açıqlayıb

    Digər
    13.05.2026
    Farid
        İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt rabitəsi xidmətləri ilə bağlı 2026-cı ilin birinci rübü üzrə şikayət indeksi hesabatını yayımlayıb. Hesabatda operatorların şikayət göstəriciləri və müraciətlərə orta cavablandırılma müddəti əks olunub.
        Technote.az xəbər verir ki, hesabat 2026-cı ilin yanvar-mart ayları ərzində “E-Şikayət” sistemi vasitəsilə daxil olan müraciətlər əsasında hazırlanıb. Şikayət indeksi operatorların xidmət keyfiyyəti və operativliyini qiymətləndirən kompleks göstərici kimi təqdim olunur.
        İndeks operatorlar üzrə daxil olan şikayətlərin xüsusi çəkisinin onların poçt göndərişləri üzrə bazar payına nisbəti əsasında hesablanır. Bu yanaşma bazardakı fəaliyyət həcmi ilə şikayət sayı arasındakı nisbəti müəyyən etməyə imkan verir.
        Operatorların müraciətlərə cavabvermə səviyyəsi isə “E-Şikayət” sistemi üzərindən təqdim edilən cavabların orta müddəti əsasında qiymətləndirilib. İKTA bu hesabatın şəffaflığın və ictimai nəzarətin artırılması baxımından vacib olduğunu bildirib.
        Qeyd edək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. 2024-cü ilin aprelindən poçt operatorları ilə bağlı müraciətlərin qəbulu başlanıb və bu günə qədər sistemə poçt xidmətləri üzrə 2300-ə yaxın şikayət daxil olub.
    Paylaş
    Bənzər xəbərlər