
İllərdir gözlədiyimiz xəbər: Tənbəl insanlar əslində çox ağıllıdırlar
"Florida Guld Coast Universiteti"nin tədqiqatları, tənbəl insanların əslində digər insanlara nisbətən daha ağıllı olduğunu göstərir.
Uzun zamandır sosial şəbəkələrdə gəzən, Bill Qeyts-in "Mən
həmişə vacib vəzifələr üçün tənbəl insanları işə alıram. Çünki, tənbəl insanlar
çətin bir problemin ən sadə həllini tapırlar.” cümləsinə rast gəlmiş ola bilərsiniz.
Bu cüml üstündə çox ciddi mübahisələr olsa da, hətta sözü Qeyts-in deyib demədiyi barədə
hərarətli bir şəkildə mübahisələr edilsə də, Amerikanın Florida ştatında yerləşən "Gulf Coast Universiteti"nin tədqiqatları, əslində Qeyts-in sözünü elmi cəhətdən
doğruladı.
Universitetin,
IQ ilə tənbəllik arasındakı bağlantını sınamaq üçün reallaşdırdığı testlər,
yüksək IQ-su olan şəxslərin bir mövzudan çox gec sıxılaraq həmin mövzuya
fokuslanması və bu səbəbdən birdən artıq işi qısa bir vaxt içinə sığdırmaq istəmədiyini
göstərir. Aşağı IQ-ya sahib şəxslər isə o anda etdikləri işdən hər an uzaqlaşa
bilmə hissinə sahib olduqları üçün daha hərəkətli, birdən çox iş arasında keçid
edə bilən işçilər olurlar.
Tədqiqat
komandasının bir həftə ərzində sınaqdakı insanların həyatlarını izləmələri, bir
mövzu üstündə fokuslananların çox daha az hərəkət etdikləri, ciddi bir şəkildə
bir mövzu haqqında düşünməyən insanların isə daha hərəkətli bir həyata sahib
olduqları nəticəsinə gətirib çıxardı.
Technote komandası olaraq sizlərə "Sağlam bədəndə sağlam düşüncə olar” deyimini xatırladaraq, bol-bol düşünməyinizi, bir şeylər yaratmağa davam etməyinizi, ancaq nə olur-olsun düzənli bir hərəkətliliyi həyatınızdan əskik etməməyinizi məsləhət görürük.
Paylaş
Bənzər xəbərlər