inDrive reklam və ərzaq çatdırılması ilə “super app” modelinə keçir
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, inDrive gəlir mənbələrini şaxələndirmək üçün yalnız taksi xidmətləri ilə kifayətlənməyərək reklam və ərzaq çatdırılması istiqamətində genişlənir. Şirkət reklamları artıq ən böyük 20 bazarında tətbiq etməyə başlayıb, ərzaq çatdırılmasını isə Qazaxıstandan sonra Pakistanda işə salır. Bu addımlar inDrive-ın ötən il elan etdiyi “super app” strategiyasının tərkib hissəsidir.
Rəqabətin artdığı və marjaların azaldığı inkişaf etməkdə olan bazarlarda reklam yüksək gəlirli model kimi önə çıxır, ərzaq sifarişi isə istifadəçilərin tətbiqi daha tez-tez açmasını təmin edir. inDrive reklamları əsasən tətbiq daxilində yüksək diqqət cəlb edən anlarda göstərməyi planlaşdırır.
Ərzaq çatdırılması isə Pakistanda yerli Krave Mart ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Karachi şəhərindən başlayan xidmət 20–30 dəqiqəlik çatdırılma və 7 500-dən çox məhsul çeşidi təklif edəcək. Şirkət Pakistanı sürətlə böyüyən əsas bazarlardan biri hesab edir və mövcud istifadəçi bazası hesabına əlavə xidmətləri minimum marketinq xərci ilə yaymağı hədəfləyir.
Paylaş
Bənzər xəbərlər