İnsan beyni, gələcəyi öncədən görə bilir (ARAŞDIRMA)

İnsan beyni, gələcəyi öncədən görə bilir (ARAŞDIRMA)

Digər
24.08.2017 PAYLAŞIM

Stenford Universitetinin alimləri, beynimizin, gələcəkdə baş verəcək hadisələrin nəticələrini öncədən bilmək kimi maraqlı özəlliyini aşkar ediblər.

Gələcəkdə baş verə biləcək hadisələrə misal olaraq isə səsvermə, Kickstarter platformasındakı vəsait yığma nəticələrini və s. gətirmək olar. Bizim beynimizin, maliyyə bazarındakı və müəyyən qrup insanlar arasındakı dəyişiklikləri öncədən görə bilməsini öyrənmək üçün Brian Knutson və onun komandası, 30 nəfər könüllünün beynini skan edib. Skan prosesi zamanı isə həmin 30 könüllü, Kickstarter-də 36 müxtəlif layihələrə vəsaitin yatırılması haqqında qərarlar qəbul edirdilər. Kickstarter-dəki həmin layihələrin kampaniyaları bitəndən sonra məlum olub ki, onlardan 18-i lazımi vəsaiti əldə ediblər. Bununla yanaşı təcrübə iştirakçıları bu cür nəticələrin olacağını öncədən bilirdilər. Belə ki, təcrübə iştirakçıları bu və ya digər Kickstarter layihəsinin uğurlu olub-olmayacağı haqqında düşündükləri zaman alimlər onların beyinlərində xüsusi zonanın aktivliyini aşkar ediblər. Həmin neyron aktivliyinin aşkar edilməsində alimlərə, onlar tərəfindən yaradılmış xüsusi alqoritm yardımçı olub.

Həmin alqoritm, Kickstarter-də hansı layihənin maliyyələşdiriləcəyini 59.1% dəqiqliklə təyin etmək bacarığına sahibdir. İnsanlar isə bir qədər aşağı nəticəni göstəriblər. Belə ki, onların proqnozları yalnız 52.9% göstəricisində reallıqla üst-üstə düşüb. Alimlərdən ibarət komanda bu təcrübənin nəticələri səbəbilə o qədər təəccüblənmişdilər ki, onlar həmin təcrübəni digər insanlar üzərində yoxlayıblar. Lakin nəticə yenə də həminki kimi oldu. Alimlər bu halın tam açıqlamasını verə bilmirlər. Bəlkədə bu onunla bağlıdı ki, insan qərar qəbul edən zaman bir sıra faktorları nəzərə alır və heç də həmişə beyində yerləşən xüsusi nüvənin rəyinə fikir vermir. Həmin nüvə, beyin neyronları qrupudur və o, hansısa layihənin maliyyələşdirilməsi və onun digər insanlar tərəfindən dəstəklənməsi haqqında düşünən zaman öncəgörməyə cavabdehdir. Belə ki, beynin bu hissəsinin aktivliyi, qərar qəbulu prosesinin əvvəlində baş verir. Həmin aktivlik, şüurun səthinə çıxmır və heç də həmişə təyinedici faktor özəlliyini daşımır. Lakin əsasən insanlar həmin aktivliyə fikir verməyə yönəlikdirlər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×