Logo
    main-post-cover

    İnsanlar soyuq havada iPhone X-in ekranının çalışmamasından şikayətlənirlər (VİDEO)

    Digər
    10.11.2017
    Farid
    Bir neçə iPhone X istifadəçisi soyuq havada yeni smartfonun ekranının çalışmamasından şikayətçi olub.
    İstifadəçilər qeyd edirlər ki, soyuq havada iPhone X-in ekranı toxunuşlara reaksiya vermir və ya hansısa kliklərə gecikmə ilə reaksiya verir. Bu problem əsasən istifadəçinin isti məkandan soyuq havanın hökm sürdüyü açıq əraziyə çıxdığı zaman yaşanır. Təəccüblüsü ondadır ki, smartfonun ekranı bir neçə dəqiqədən sonra deyil, ani olaraq çalışmaqdan imtina edir.
    “Mən fikir verdim ki, küçəyə çıxandan sonra mənim iPhone X-im barmaq toxunuşlarına reaksiya vermir. Hansısa bağlı məkandan çıxandan heç 2 saniyə keçməmiş smartfonun ekranı çalışmaz hala gəlir. Mən veb saytları açmağa çalışıram, lakin o, barmaq toxunuşlarına reaksiya vermir. Bu çox qıcıqlandırır” – deyə Reddit istifadəçilərindən biri qeyd edib.
    Digər istifadəçilər də soyuq havada bu problemin baş verdiyini təsdiqləyiblər. Bəziləri qeyd ediblər ki, bu problem smartfonun blocka salınıb, daha sonra blockdan çıxarılması vasitəsilə həll olunur. Bu isə o deməkdir ki, sözügedən problem çox güman ki, smartfonun texniki tərəfdən yox, proqram təminatı tərəfdən yaranır. "Apple” bu problemi təsdiqləyib və bununla bağlı rəsmi məlumat verib.
    “Biz, iPhone X-in soyuq havada anidən barmaq toxunuşlarına reaksiya verməməsindən xəbərdarıq. Bir neçə saniyədən sonra smartfon əvvəlki kimi işlək hala gəlir. Bu vəziyyət yeni çıxacaq proqram təminatı vasitəsilə aradan qaldırılacaq”.
    Paylaş
    Bənzər xəbərlər