Instagram 2026-cı ildən tam ofis rejiminə qayıdır
Technote.az "Engadget" platformasına istinadən bildirir ki, Instagram əməkdaşları gələn ildən etibarən tam şəkildə ofisə dönəcəklər. Şirkət rəhbəri Adam Mosseri daxili məktubunda bildirib ki, 2 fevral 2026-dan etibarən ABŞ-də işləyən bütün işçilər həftənin beş günü ofisdə olmalıdır. Bu dəyişiklik ilk olaraq Alex Heath-in Sources bülletenində açıqlanıb. Mosseri komandasına “İrəli getmək üçün dəyişməliyik” deyə bildirərək, “2026 çətin olacaq” sözləri ilə mesajını tamamlayıb.
Yeni qaydada qeyd olunur ki, işçilərə lazım olan hallarda məsafədən işləməyə müəyyən qədər icazə veriləcək. Pandemiya dövründən sonra bir çox texnoloji şirkətlər hibrid iş sisteminə keçsə də, tam ofisə dönüş tendensiyası son aylarda sürətlənir. Meta artıq 2023-cü ildən etibarən həftənin üç günü ofisdən işləmə qaydasını tətbiq etmişdi. Hərçənd rəhbərlik üzbəüz işin məhsuldarlığı artırdığını iddia etsə də, bir çox əməkdaş bu məcburi dönüşə qarşı çıxır.
Mosseri həmçinin komandanı “daha çevik və daha yaradıcı” etmək üçün digər yenilikləri də açıqlayıb. Ən çox diqqətçəkən dəyişikliklərdən biri müntəzəm keçirilən iclasların azaldılmasıdır. Belə ki, hər 6 aydan bir bütün təkrarlanan görüşlər ləğv ediləcək və yalnız vacib olanlar davam edəcək.
Paylaş
Bənzər xəbərlər