
Instagram-a möhtəşəm yenilik gəlir
Məşhur Instagram foto servisi son zamanlarda əlavə etdiyi yeniliklər ilə kifayətlənməyərək daha bir möhtəşəm funksiyanı tətbiqə daxil edir.
Instagram, tətbiqin "Explore” hissəsinə yeni videokanal bölməsi əlavə edib. "Events Channel”bölməsinə daxil olan zaman istifadəçilər yaxınlıqda baş verən idman yarışları,
konsertlər və dgər böyük tədbirlərin canlı yayımına baxa biləcəklər. "Technote.az"ın "Hitech.vesti.ru" saytına istinadən verdiyi xəbərə əsasən həmin bölmənin
daxilində olacaq canlı yayım mövzuları istifadəçinin seçiminə görə
uyğunlaşacaq. "Bu cür paylaşımlar istifadəçinin hansı şəxsi izləməsinə və daha
çox hansı paylaşımları bəyənməsindən asılı olaraq avtomatik şəkildə seçiləcək.
Bundan əlavə olaraq siz müxtəlif istifadəçilərin paylaşımlarla zəngin
videokanallarını izləyə bilərsiniz. Beləliklə siz özünüz müəyyənləşdirəcəksiniz
ki, sizə hansı mövzuda canlı yayım paylaşımları maraqlıdır” – deyə Instagram
bildirib. Bu funksiya hələki ABŞ istifadəçiləri üçün aktivdir. Lakin yaxın
zamanda bütün istifadəçilər yeni funksiyadan istifadə edə biləcəklər.
Paylaş
Bənzər xəbərlər