Logo
    main-post-cover

    Instagram Snapchat'ın daha bir funksiyasını oğurladı (VİDEO)

    Digər
    10.04.2018
    Farid
    Instagram’ın Snapchat’dan bəzi funksiyaları mənimsəməsi indi də yeni abunəçilərin axtarışı üsuluna aid olunub. Belə ki, şirkət təsdiq edib ki, o, Instagram’da Nametags adlı yeni funksiyanı test edir. Faktiki olaraq bu, Snapchat’dakı Snapcodes funksiyasının analoqudur. Bu yeni funksiya şablon emojidən istifadə edərək istifadəçi teqlərinin yaradılmasına imkan verir.

    Daha sonra onları sosial şəbəkədə bölüşmək olar. Bununla belə onları hal-hazırda skan edib bölüşmək mümkün deyil və onların necə çalışacaqları da tam olaraq aydın deyil. Siz sadəcə olaraq smartfon kamerası vasitəsilə Nametag’ı skan edirsiniz. Beləliklə onu axtarış hissəsində yazmadan və sorğu göndərmədən əlavə etmək olar. Bu yeni funksiya yaxın zamanda Instagrama əlavə oluna bilər.

    Paylaş
    Bənzər xəbərlər