Logo
    main-post-cover

    'iPhone 8'i ən dəqiq şəkildə göstərən video yayımlandı

    Digər
    29.06.2017
    “Apple”ın yeni flaqmanı  iPhone 8 ilə əlaqədar məlumatlar gəlməyə davam edir. Daha əvvəl haqqında bir neçə sızıntı olan iPhone 8 üçün bu dəfə daha dəqiq video yayımlandı.
    Son bir ay içində fərqli qaynaqlardan gələn vizuallar və videolar iPhone 8-in dizaynın artıq dəqiqləşdiyini göstərir. Tiger MobilesOnleaks-ın paylaşdığı yeni video iPhone 8-in bu günə qədərki ən dəqiq görüntüləri olduğunu deyə bilərik.
    Smartfon  telefon sızıntıları deyilincə ilk ağla gələn adlardan biri olan Onleaks-ın paylaşdığı videoda iPhone 8 dizaynı ən incə detallarına qədər görünür. Çərçivəsiz dizaynın yanında, şüşə gövdə və şaquli iki kamera HD olaraq göstərilir.

    Cihaz 143.50 x 71.03 x 7.46 mm ölçülərindədıir. Kamera çıxıntısı ilə birlikdə ən çox 89.1mm qalınlığa sahib yeni iPhone, iPhone 7 seriyasından daha qalındır. iPhone 7 - 138.3 x 67.1 x 7.1 mm, iPhone 7 Plus isə 158.2 x 77.9 x 7.3 mm ölçülərindədirlər.
    Bir çox yeni iPhone 8 sızıntısı kimi, bu video görünən cihaz da fabrik şəkillərinə görə hazırlanmış bir maketdir. Fabrikdəki dizaynı ilə eyni olsa da sonda  kiçik dəyişikliklər ola biləcəyini unutmamaq gərək.
    “Apple”-ın təqdimat tarixi yaxınlaşdıqca, iPhone 8-in nə cür bir dizayna sahib olacağı mövzusunda dəqiq olaraq  sızıntılar görürük. Hər zaman olduğu kimi bütün dizaynlarda Touch ID cihazın arxasında yer almır. Touch ID-nin ekrana inteqrasiya olaraq  gəlmə ehtimalının olduqca yüksək olduğunu deyə bilərik.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    'iPhone 8'i ən dəqiq şəkildə göstərən video yayımlandı | Technote