Logo
    iPhone 8 Plus, Galaxy Note 8-ə qarşı. Hər iki smartfonun dözümlülük testi keçirildi (VİDEO)

    iPhone 8 Plus, Galaxy Note 8-ə qarşı. Hər iki smartfonun dözümlülük testi keçirildi (VİDEO)

    Digər
    26.09.2017
    Məşhur PhoneBuff adlı YouTube kanalının müəllifləri, iPhone 8 Plus ilə Galaxy Note 8-in dözümlülük testini keçirtməyə qərar veriblər.
    Hər iki smartfon, metal çərçivəyə və şüşə ilə örtülmüş arxa qapağa sahibdir. Galaxy Note 8-də Gorilla Glass 5 qoruyu şüşəsindən istifadə olunub. “Apple”ın verdiyi məlumata əsasən isə iPhone 8 Plus-ın arxa qapağı ən dözümlü materialdan hazırlanmış şüşə ilə əhatə olunub. Hər iki smartfonun dözümlülük testini keçirtmək üçün PhoneBuff müəllifləri, xüsusi aparatdan istifadə ediblər.
    Həmin aparat bu smartfonları düzgün hündürlükdən və düzgün bucaq altında atıb. Arxa panelin üzərinə ilk düşüşdən sonra hər iki smartfon işlək vəziyyətdə qalıb. Lakin buna baxmayaraq cihazların ikisinin də arxa panelində çatlar yarandı. Smartfonların künc hissələrinin üzərinə düşmələri nəticəsində də onlar, korpusda olan cızıqlardan başqa heç bir ciddi zərər görmədilər. Ekran üzərinə düşüş testinin öhdəsindən Galaxy Note 8, yaxşı gəldi. Belə ki, onun ön panelindəki qoruyucu şüşənin yalnız kənarları çatladı.
    iPhone 8 Plus modelində isə çatlar bütün ekranı bürüdü. Daha sonra hər iki smartfonu, 10 dəfə metal səthin üzərinə atdılar. Nəticədə Galaxy Note 8 işlək vəziyyətdə qaldı və onun ekranı, toxunuşlara reaksiya verirdi. Lakin kamerası bu cür testə dözə bilmədi. Sözügedən test zamanı, iPhone 8 Plus modelinin isə arxa qapağının hissələri çıxmağa başladı. 8-ci düşüşdən sonra Apple cihazı dondu və tamamilə yararsız hala gəldi.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...