Logo
    main-post-cover

    İqlim böhranı dərinləşir: 2024-cü ildə rekord temperatur göstəriciləri qeydə alınıb!

    Digər
    29.12.2024
    Aslan

         2024-cü ilin rekord temperaturları və ekstremal hava hadisələri bütün dünyada öz təsirini göstərib. World Weather Attribution (WWA) təşkilatının yeni hesabatı, iqlim dəyişikliyinin səbəb olduğu itkiləri göz önünə sərib.

          2024-cü il, qlobal istiləşmənin dağıdıcı təsirlərini nümayiş etdirən rekord temperaturlarla tarixə düşməyə hazırlaşır. WWA tərəfindən yayımlanan illik "Ekstremal Hava Şəraiti" hesabatı, insan fəaliyyəti ilə bağlı istiləşmənin 34.34 Fahrenheit (1.3°C) artışla dünya üzrə ciddi fəlakətlərə səbəb olduğunu ortaya qoyub.
         İqlim böhranının təsirlərinin hər keçən gün dərinləşdiyi 2024-cü ildə dünya üzrə baş verən 26 ekstremal hava hadisəsi ən azı 3.700 insanın həyatını itirməsinə və milyonlarla insanın evindən didərgin düşməsinə səbəb olub. Atmosferin istiləşməsi dünya üzrə orta hesabla əlavə 41 təhlükəli isti gün, rekord səviyyədə yağıntılar və daşqınlarla nəticələnib. Tədqiqatçılar araşdırılan 16 daşqın hadisəsindən 15-nin bilavasitə istiləşən atmosferin nəm tutma qabiliyyətinin artması ilə əlaqəli olduğunu müəyyənləşdiriblər. Bu dəyişikliklər, sentyabr ayında Amerikaya təsir edən və Şimali Karolinada 53.8 milyard dollarlıq ziyana səbəb olan 4-cü kateqoriyalı Helene qasırğası kimi daha güclü tropik fırtınaların yaranmasını da sürətləndirib.
         Qlobal ekosistemin can damarları hesab edilən Amazon tropik meşəsi Pantanal bataqlıq əraziləri 2024-cü ildə iqlim böhranından ən ağır zərbə alan bölgələrdən biri olub. Bu həyati əhəmiyyət daşıyan ekosistemlər şiddətli quraqlıqlar və meşə yanğınları səbəbindən misli görünməmiş biomüxtəliflik itkisi ilə üzləşib. Amazonun atmosferdən karbon dioksidi çıxarma və su dövranını tənzimləmə qabiliyyəti təhlükə altındadır. Pantanalın isə on minlərlə növə ev sahibliyi edən unikal ekosistemi və regional iqtisadiyyata töhfəsi risk altındadır.
         WWA hesabatı 2025-ci il üçün təcili fəaliyyət planları təklif edir və qalıq yanacaqlardan sürətli keçid prosesinin başlanmasını tələb edir. Xüsusilə erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi, istiliklə bağlı ölümlərin daha ətraflı hesabatlandırılması və iqlim dəyişikliyindən ən çox təsirlənən inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin təmin edilməsi hesabatın önəmli tövsiyələri arasındadır.
    Paylaş