İş müsahibələrində istifadə edilən 5 "hiyləgər" sual
İş
tapmaq, dünyanın ən stressli şeylərindən biridir. Ələxsus da Azərbaycanda. Sizi
bəyənəcəklər? Bəyənsələr belə o işdə xoşbəxt olacaqsınız? Görəsən başqa hara
müraciət etməliyik? Beynimizdə bunun kimi birçox sual yaranır.
Bunun
bir də işə götürən tərəfi var. İşə girmək qədər, komandaya və şirkətə yaraşan şəxsi
seçmək də bir o qədər çətindir. Bunun üçün şirkətlər, bəzi hiyləgər suallar
soruşarlar və siz heç hiss etmədən sizi analiz edərlər. Sizə bir neçəsi
haqqında məlumat verək, siz də özünüzü daha yaxşı ifadə etmə şansını əldə edin.
1. Bizə
biraz özünüzdən danışa bilərsiniz?
Niyə soruşulur?
Bütün müsahibələrin başlanğıcı olan və vacib olmadığı düşünülən bu sual, əslində sizinlə əlaqədar bir çox fikir yaradır. Bu suala hazırlıqlı və özünüzdən əmin cavab verməyiniz, ev tapşırığına yaxşı çalışdığınızı göstərir. Özünüzü ifadə etmək formanız da, xarakterinizi ortaya qoyur.
Niyə hiyləgərdir?
Bu suala ən yaxşı namizədlər belə şəxsi həyatından bəhs edərək cavab verməyə başlaya bilərlər; ancaq bunu etməməlisiniz. Hətta sizi bu mövzuya yönləndirə bilərlər və tünd bir müzakirəyə girişə bilərsiniz. Etməyin.
Gözlənilən cavab nədir?
İşə götürən sizdən, uğurularınızdan danışmaq istəyir. Bu barədə dəqiq və özünüzdən əmin, inandırıcı olmalısınız. Nə edə biləcəyinizi hiss etdirməlisiniz.
2.
Özünüzü bir sözlə ifadə edə bilsəydiniz, necə olardı?
Niyə soruşulur?
Özünüzdən nə qədər əmin olduğunuzu və komanda ilə işləyə bilib-bilməyəcəyinizi ölçərlər.
Niyə hiyləgərdir?
Rəhbərliyin necə bir işçi axtardığını bilmədiyiniz üçün bu suala cavab verə bilmək çətindir. Sözlərin gücü də bəzən sizin səhv başa düşülməyinizə səbəb ola bilər.
Gözlənilən cavab nədir?
Müraciət etdiyiniz vəzifənin nə olduğu, burada çox vacibdir. Məsələn, Mühasibat şöbəsinə müraciət edirsinizsə, "kreativ” demək yersiz olar. Bunun yerinə "dəqiq” demək daha məntiqlidir.
Bu sual soruşulana qədər şirkəti və müsahibəni keçirən adamı yaxşı analiz edin. Sizə nə deməli olduğunuz barədə ipucuları verəcəkdir.
3.
Müraciət etdiyiniz digər vəzifələrə nəzərən, bu vəzifəni necə dəyərləndirirsiniz?
Niyə soruşulur?
Bunun məqsədi, "Başqa vəzifələrə də müraciət edirmisən?” deməkdir. İş axtarmaq mövzusunda nə qədər aktiv olduğunuzu bilmək istəyərlər. Digər vəzifələr haqqında nə düşündüyünüzü və nə qədər dürüst olduğunuzu öyrənməyə çalışarlar.
Niyə hiyləgərdir?
Tək müraciət etdiyiniz yerin bura olduğunu desəniz, yalan dediyinizi düşünəcəklər. Çünki iş axtaran hərkəs, birdən artıq şirkətə müraciət edir. Sırf bu işə qəbul olmaq üçün digər şirkətlər barədə mənfi fikirlər deməmək də mütləqdir. Bunun vasitəsilə şəxsi keyfiyyətlərinizə qiymət verərlər.
Gözlənilən cavab nədir?
Müraciət etdiyiniz bir neçə şirkət olduğunu, hələ özünüz üçün ən yaxşı şirkətin hansı olacağına qərar vermədiyinizi deyin. Pisləməyin ya da tərifləməyin faydası olmaz.
4. Ən
böyük üç zəif və güclü cəhətinizi bizə deyə bilərsiniz?
Niyə soruşulur?
Hər vəzifənin müəyyən tələbləri var. İşə götürən burda, bu tələblərə uyğun olub-olmadığınızı müəyyən etməyə çalışır.
Niyə hiyləgərdir?
Zəif nöqtələrinizi, güclü nöqtələrlə qapaya bilmək burda vacibidir. Əgər edə bilməsəniz, bu iş üçün uyğun olmadığınızı düşünəcəklər.
Gözlənilən cavab nədir?
İşə götürən, güclü cəhətlərinizin işinizə nələr qata biləcəyini; zəif nöqtələrinizin gedişata mane olub-olmayacağını bilmək istəyir. Yetişkinlik və özgüvən də, sizdə olmasını istədikləri cəhətlərdəndir.
5.Niyə
burda işləmək istəyirsiniz?
Niyə soruşulur?
Burada məqsəd, sizi həvəsləndirən şeyin nə olduğunu öyrənmək və şirkəti yaxşıca araşdırıb-araşdırmadığınızı anlamaqdır. Bu sizin işi nə qədər istədiyinizi göstərir.
Niyə hiyləgərdir?
Bu şirkətdə işləmək səbəblərinizin vaciblik sırasını qərarlaşdırmaq burada vacibdir. Əvvəlki şirkətinizdən xilas olmaq mı istəyirsiniz, daha çox pul mu istəyirsiniz yoxsa bu şirkətdə mi işləmək istəyirsiniz?
Gözlənilən cavab nədir?
Burada bu işi həqiqətən istəyib istəmədiyiniz test edilir. Komanda ilə münasibət qura biləcəksinizmi, şirkəti yaxşıca araşdırmısınızmı, hədəflərini və məqsədlərini yaxşıca başa düşmüsünüzmü? Və ən vacibi, bu şirkətin bir parçası olmağı həqiqətən istəyirsinizmi?
Ümid edirik, istədiyiniz iş sizin olar və uğurdan-uğura addımlayarsınız.