
İşinizi qurmazdan əvvəl özünüz barədə bilməli olduğunuz 8 şey
Bu məqaləmizdə sizə bir çox startapçı kimi, bizim də şəxsi təcrübələrimizdə yaşadığımız, öz işimizi qurarkən özümüzə vermiş və ya verməli olduğumuz suallar haqqında danışacam.
Mövzu
öz işinizi qurmaq olduğunda özünüzdən soruşmalı olduğunuz çox sual (hüquqi,
ticari, maliyyə və s. ) var. "Pulu necə
qazanacam?” , "Rəqiblərim kimlərdir?”, "Mənim məhsuluma alternativ məhsul
varmı?” kimi suallar. Mən bu suallardan daha çox, daha mənəvi suallara diqqətinizi
yönəltmək istəyirəm. İndi, özünüzdən istedadınız və xarakterinizlə bağlı
soruşmalı olduğunuz, 8 sualı soruşacam.
Nə qədər məsuliyyət götürə bilərəm?
Sadəcə
özünüz və işinizlə bağlı deyil, bu işlə bağlı olan hərkəsin məsuliyyəti sizin
çiyninizdə olacaq. İşçiləriniz, onların ailələri, investorlar, iş ortaqları, müştərilər
və işinizi gördüyünüz cəmiyyət. Öz işinizin sahibi olmaq başda çox gözəl təəssürat
yarada bilər amma qısa müddətdə çiyinlərinizin nə qədər yükə davam gətirə biləcəyini
öyrənəcəksiniz. Özünüz və digərlərinin yaxşılığı üçün bu yükü qaldıra biləcəyinizdən
əmin olun.
Bu işi görsəm nələrdən imtina etməli olacam?
Şirkət
qurmaq və idarə etmək müddətində yuxunuzdan, ailənizdən, münasibətinizdən, tətillərdən
və daha bir çox şeydən imtina etmək məcburiyyətində qala bilərsiniz. Bunları nəzərə
alaraq işə başlayın. İşinizi qurmağın bütün bunlara təsir edəcəyini düşünürsünüzsə, demək
ki hər şey qaydasındadır.
Yaranacaq qarışıqlıqların içində sakit qala bilərəm?
Öz
işinizi idarə etmək, hər zaman bir xaosun ortasında olmaq kimidir. Bu şərtlər
altında sakit qalmağın bir yolunu tapmalısınız. Məşq, idman, yoqa kimi bir çox
meditasiya üsuluyla stressi ata biləcəyinizdən əmin olun.
Təzyiq altında ikən doğru qərar verə bilərəm?
Bir
iş qurduğunuzda daha əvvəl xəyal etmədiyiniz tonlarla problemlə
qarşılaşacaqsınız. Bütün problemlərin içində yer alacaqsınız. Bu qədər gərgin
mühitdə ən doğru qərarı verə biləcəyinizə inanırsınız?
Xətalı olduğumu anladığım anda geri addım ata bilərəm?
Lider,
səhv addım atdığını anladığı anda bunu qəbul edə bilməlidir. Lider olaraq
komandanızı səhv bir işə doğru aparırsınızsa və komandanız sizə bunun səhv
olduğunu başa salmağa çalışırsa, onları dinləyərsiniz mi? Əsl liderlər dinləyərlər.
Zəif nöqtələrim nələrdir?
Özünü
bilmək və özünə kənardan baxa bilmək yaxşı liderin xüsusiyyətlərindəndir. Özünü
bilənlər başqalarını anlamağa, motivasiya etməyə və onlara liderlik etməyə
qadir insanlardırlar.
Bir qrup insanı idarə edə bilərəm?
Siyasi,
sosial və iqtisadi baxımdan fərqli insanları bir araya gətirməkdən siz cavabdeh
olacaqsınız. Bu qədər fərqli insanı, vahid bir məqsəd uğrunda bir araya gətirə
biləcəksiniz mi?
Bu işi qurmaqda səbəbim nədir?
Şirkəti
qurma məqsədiniz pul qazanmaq, dünyanı dəyişmək yoxsa özünüz üçünmü işləməkdir?
İnsanların şirkət qurmaq üçün minlərlə fərqli səbəbləri var. Şirkəti qurmaq məqsədinizi
izah edərkən realist olun.
Son
olaraq çox fikirləşməyin və özünüzdən çox sual soruşmayın. Özünüzə çox sual
versəniz, hamısını cavablayacaq vaxt tapa bilmərsiniz. Bu da heçnəyə
başlamamanıza səbəb olacaqdır.
Paylaş
Bənzər xəbərlər