Logo
    main-post-cover

    İspan qəbiristanlıqları artıq Günəş elektrik stansiyalarına çevrilir!

    Digər
    07.06.2024
    Farid

         İspaniyada qəbiristanlıqlar Günəş panelləri ilə elektrik enerjisi istehsal etməyə başlayacaq. Valensiyada şəhərə məxsus 3 qəbiristanlıq 7000 Günəş paneli ilə doldurulmağa başlanıb.

         Əvvəlki administrasiya hakimiyyətdə olarkən bu ideyanı irəli sürən şəhərin iqlim şurasının keçmiş üzvü Alejandro Ramon, "Biz faktiki olaraq Valensiyada iqlim baxımından fövqəladə vəziyyətlə üzləşirik. Biz quraqlıq və həddindən artıq isti ilə üz-üzəyik. Keçid prosesini sürətləndirmək lazımdır, lakin bəzən şəhərlərdə bərpa olunan enerjinin quraşdırılması üçün böyük boş ərazilər tapmaq çətin ola bilər." deyə bildirib. Ramon, şəhər qəbiristanlıqlarından birinə baş çəkərkən məqbərələrin üstündə əlavə yer olduğunu gördükdən sonra "Texniklərlə məsləhətləşdikdən sonra onlar mənə dedilər ki, bu məqbərələrin damları, Günəş panellərinin quraşdırılması üçün olduqca əlverişli yerdir." deyə ifadə edib.
         Damların heç bir faydası olmadığını bildirən Ramon, "Qəbiristanlıqlar artıq yalnız ölülərin dincəldiyi bir yer olmayacaq, həm də təmiz, yerli enerji istehsalı yerinə çevriləcək" deyə bildirib. Elektrik enerjisini yerli istehsal etməklə uzun elektrik xətləri ilə ötürüldükdə baş verən itkilərin qarşısını almaq və bərpa olunan enerjidən daha yaxşı istifadə etmək mümkündür. Elektrik enerjisinin böyük hissəsi bələdiyyə binalarında istifadə olunacaq, bir hissəsi isə yaxınlıqdakı evlərə gedəcək. Birinci mərhələdə Grau, Campanar Benimamet qəbiristanlıqlarında günəş panelləri quraşdırılacaq. Ölkənin ən böyük yerli Günəş fermasının yaradılması ilə ümumilikdə 7000 Günəş panelinin quraşdırılması planlaşdırılır.
    Paylaş