İspan qripi təcrübəsi: Karantin tədbirləri nə qədər sərt olarsa, iqtisadiyyat bir o qədər tez bərpa olar

İspan qripi təcrübəsi: Karantin tədbirləri nə qədər sərt olarsa, iqtisadiyyat bir o qədər tez bərpa olar

Digər
02.04.2020 PAYLAŞIM

    Bir çoxlarının fikirlərinə əsasən koronavirus ilə mübarizə çərçivəsində tətbiq edilən sərt karantin tədbirləri nəticədə ciddi iqtisadi fəsadlara gətirib çıxardacaq. Lakin vaxtı ikən ABŞ-da da yayılmış ispan qripi barəsində məlumatların analizl onu göstərir ki, daha tez karantin tətbiq edən və onu uzun müddət saxlayan şəhərlər böhrandan daha tez çıxıblar. Bu barədə Hightech.plus saytı xəbər verib. Yeni koronavirusun pandemiyasına cavab olaraq dünyanın bir çox ölkələri sərt karantin tədbirlərini reallaşdırırlar. Bu cür qərar xəstəliyin yayılmasının qarşısını ala və səhiyyə sisteminin üzərinə düşən yükü azalda bilər. Lakin belə sərt karantin tədbirlərinin mənfi cəhətləri ondan ibarətdir ki, onlar iqtisadiyyata ciddi zərbə vururlar.

    Buna görə də heç təəccüblü deyil ki, bir çoxları epidemiyaya qarşı mübarizə ilə iqtisadiyyatın dəstəklənməsi arasındakı güzəştin vacibliyindən danışırlar. Massaçusets Texnoloji İnstitutunun mütəxəssislərinin yeni tədqiqatları onu göstərir ki, yayılan bu fikir yalan dilemmadır. 1918-1919-cu illərdə ABŞ-dakı ispan qripi üzrə məlumatları analiz edəndən sonra məlum olub ki, virus ilə daha sərt şəkildə mübarizə aparmış şəhərlər pandemiyadan sonra daha sürətli iqtisadi yüksəliş sərgiləyiblər. Tədqiqatın müəllifləri qeyd ediblər ki, ispan qripinin sərt yayılması ilə qarşılaşmış şəhərlər iqtisadi aktivlik göstəricilərinin daha sürətli enişini sərgiləyirdilər.


    Bura həmçinin istehsalat həcmi, bank kreditləri və insanların işlərə cəlb olunmaları da daxil idi. Pandemiyanın bitməsindəən sonra isə şəhərlər çətinliklə bərpa olunurdular. Bununla belə sərt karantin tədbirləri infeksiyanın yayılmasının qarşısını alır və sürətli iqtisadi yüksəliş üçün təməl yaradırdı. Məsələn digər şəhərlərdən fərqli olaraq karantin tədbirlərinin 10 gün daha tez reallaşdırıldığı şəhərlərin iqtisadiyyatları növbəti 5 ildə 5% daha sürətlə yüksəlirdi. Bundan əlavə olaraq 50 gün müddətinə sosial məhdudlaşdırılma öz növbəsində insanların istehsalata cəlb olunmaqlarını 6.5% yüksəltmişdi. 60 gündən az müddət ərzində karantin saxlamış şəhərlər bank sektorunda ciddi problemlər il qarşılaşırdılar.

    100 il bundan öncə pandemiya ilə sərt mübarizə aparmış ABŞ şəhərləri öz iqtisadiyyatlarını sürətli şəkildə bərpa etdilər. Müəlliflər etiraf edirlər ki, 100 il ərzində iqtisadiyyatın strukturu dəyişib. Məsələn istehsalat payı azalıb, lakin xidmət sahələrinin payı artıb. Bundan əlavə olaraq ispan qripi əmək qabiliyyəti olan insanlar üçün ölümcül idi. COVID-19 isə əsasən yaşlı şəxslər üçün ölümcül olur. Buna baxmayaraq tədqiqatçılar güman edirlər ki, ispan qripi pandemiyası çərçivəsində əldə edilmiş nəticə bugün üçün də keçərlidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..


Türk dizaynerdən möhtəşəm Windows 20 konsept dizaynı (Video)

Türk dizayner olan Kamer Kaan Avdan hələ mövcud olmayan Windows 20 üçün möhtəşəm bir konsept dizayn ..

×