main-post-cover

    İspaniyadan Facebook'a pul cəzası

    Digər
    11.09.2017
    Orxan Jafarli
    İspaniyada Şəxsi Məlumatları Qoruma heyəti, Facebook-a pul cəzası verdi.
    İspaniyada Şəxsi Məlumatların Mühafizəsi İdarəsi, şəxsi məlumatların reklam məqsədləri üçün istifadə etdiyi səbəbiylə Facebook sosial şəbəkəsinə  1.2 milyon avro pul cəzası verdiyini açıqladı. Şəxsi məlumatların qorunması qurulundan edilən şərhdə, İspaniyadakı şəxsi məlumatları qoruma qanununun pozulması və heç bir tələb olmadan istifadəçilərin məlumatlarını reklam məqsədli istifadə etdiyi səbəbiylə Facebook-a 1,2 milyon avro pul cəzası verildiyi bildirildi. Facebook-u, istifadəçilərinin xüsusi məlumatlarını qanuna zidd bir şəkildə istifadə etməklə günahlandıran qurul, bu məlumatları tamamilə silmə tələbinə rədd cavabı alındığını da vurğuladı.
    İdarə heyəti, Facebook-un  bu məlumatları harada istifadə edəcəyini açıq bir şəkildə bildirməyərək, istifadəçilərdən cinsiyyət, ideoloji, dini inanc, fərdi zövqlər və ya internetdə olan məlumatlarını topladığını ifadə etdi.
    İspaniyada fərdi məlumatların qorunması haqqında qanunvericiliyin pozulmasının ciddi bir cinayət olduğunu vurğulayan idarə heyəti, Facebook-un xüsusilə istifadəçinin tələbi olmadan reklam məqsədləri üçün qorunan məlumatlardan istifadə etdiyini vurğuladı. İdarə heyəti həmçinin Facebook-un məxfilik siyasətində ifadələrin çox ümumi olduğunu və dəqiq ifadələr istifadə edilməsi lazım olduğunu qeyd etdi.
    Linki kopyala