İspaniyadan Facebook'a pul cəzası
Digər
11.09.2017
Orxan Jafarli
İspaniyada Şəxsi Məlumatları
Qoruma heyəti, Facebook-a pul cəzası verdi.İspaniyada Şəxsi Məlumatların Mühafizəsi İdarəsi, şəxsi məlumatların
reklam məqsədləri üçün istifadə etdiyi səbəbiylə Facebook sosial şəbəkəsinə 1.2 milyon avro pul cəzası verdiyini açıqladı.
Şəxsi məlumatların qorunması qurulundan edilən şərhdə, İspaniyadakı şəxsi məlumatları
qoruma qanununun pozulması və heç bir tələb olmadan istifadəçilərin məlumatlarını
reklam məqsədli istifadə etdiyi səbəbiylə Facebook-a 1,2 milyon avro pul cəzası
verildiyi bildirildi. Facebook-u, istifadəçilərinin xüsusi məlumatlarını qanuna
zidd bir şəkildə istifadə etməklə günahlandıran qurul, bu məlumatları tamamilə
silmə tələbinə rədd cavabı alındığını da vurğuladı.
İdarə heyəti, Facebook-un bu məlumatları harada istifadə edəcəyini açıq bir şəkildə bildirməyərək, istifadəçilərdən
cinsiyyət, ideoloji, dini inanc, fərdi zövqlər və ya internetdə olan məlumatlarını
topladığını ifadə etdi.
İspaniyada fərdi məlumatların qorunması haqqında
qanunvericiliyin pozulmasının ciddi bir cinayət olduğunu vurğulayan idarə heyəti,
Facebook-un xüsusilə istifadəçinin tələbi olmadan reklam məqsədləri üçün
qorunan məlumatlardan istifadə etdiyini vurğuladı. İdarə heyəti həmçinin
Facebook-un məxfilik siyasətində ifadələrin çox ümumi olduğunu və dəqiq ifadələr
istifadə edilməsi lazım olduğunu qeyd etdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək