main-post-cover

    İsti hava şəraiti çətin ki, koronavirusun yayılmasını ləngitsin

    Digər
    13.04.2020
    Emil Nəcəfov
        Alimlər artıq daha çox əmin olurlar ki, isti yay havasının gəlişi epidemiyanın inkişafını ləngitməyəcək. Koronavirusa qarşı olacaq vaksinin yaradılması yolunda bu, tibb işçiləri ilə alimlərin son ümidləri idi. Belə ki. onlara bir qədər vaxt lazımdır. Yeni skeptik ehtimalların baş verə biləcəklərinə əyani sübut isə isti iqlimə sahib ölkələrdəki vəziyyət və əvvəlki tədqiqatlarda çoxlu sayda olmuş məhdudiyyətlərdir. Bu barədə Forbes saytı xəbər verib. Yeni hesabat amerikalı alim David Relman tərəfindən ABŞ-ın Milli Elmlər Akademiyası üçün hazırlanıb.
        Həmin hesabatda koronavirus da daxil olmaqla çoxlu sayda digər virusun sezon modellərini qiymətləndirməyə imkan verən çoxlu sayda məlumat yığılıb və analiz edilib. Sözügedən məlumatların nəticələrinə əsasən isti hava çətin ki, koronavirusun qarşısını ala bilsin. İsti hava şəraitində virus yayılmasının ləngiməs sübutu qismən qripin sezon modellərinin inkişafı üzərində müşahidələrə əsaslanır.
    Belə ki, payız-qış vaxtlarında güclənən qrip isti yazın gəlişi ilə ləngiyir. Bu hal bəzi koronavirus növləri üçün keçərlidir. Lakin onun COVID-19 üçün də keçərli olduğunu güman etmək hələki mümkün deyil.
        Həqiqətən də bəzi tədqiqatlar isti hava şəraitinin və nəmişliyin gəlməsi ilə virus hallarının aşağı düşməsini sübut edirlər. Lakin təqdim edilmiş hesabata əsasən onların hamısı bəzi ciddi məhdudlaşdırıcılara sahib olurlar. İsti hava şəraitində virusun ləngiməsi fikrini həmçinin İran və Avstraliyada olan vəziyyət də təkzib edir. Belə ki, həmin regionlarda isti hava şəraitinin olmasına baxmayaraq virus sürətlə yayılmaqda davam edir.
    Bundan əlavə olaraq vacib fakt ondan ibarətdir ki, əvvəlki koronavirus növlərinin (SARS-CoV və MERS-CoV) yayılması zamanı sözügedən viruslarda sezonluq faktorunun rol oynamasının sübutu müşahidə edilməmişdi.
        David Relman öz hesabatında tarixi məlumatlara da yer ayırıb. Son 250 il ərzində 10 qrip pandemiyası baş verib. Onlardan ikisi qış fəslində şimal yarımkrəsində, digər ikisi yay fəslində, üçü isə payız fəslində baş vermişdi. “Bütün pandemiyaların ikinci pik dalğası ilkin yayılma sezonundan asılı olmayaraq təqribən 6 aydan sonra baş verib” - deyə David Relman qeyd edib. David Relman-ın nəticələri final nəticələr deyil. Pandemiyanın yayılması çərçivəsində olacaq əlavə tədqiqatlar yaxın perspektivdə vəziyyətin inkişafı barəsində daha çoxlu məlumatların əldə edilməsində yardımçı olacaqlar.
    Linki kopyala