Logo
    main-post-cover

    İşverənlərin CV-nizdə diqqət etdikləri 12 məqam

    Digər
    07.05.2017
    Farid

    Düzgün bir CV hazırlamaq üçün:

    1. Əvvəlcə düzgün məlumatlara yer vermək çox vacibdir. (Dürüst olmaq üstünlük deyil məcburiyyətdir)
    2. CV-nizdə istifadə etdiyiniz şəkillərdə diqqətli olun! Mükəmməl bir CV-niz olsa belə, səhv istifadə edilmiş şəkil işi itirmənizə səbəb ola bilər. Vəsiqə şəkli formasında və qarşıdan çəkilmiş şəkilinizi istifadə etməyiniz ən məntiqli seçim olacaqdır. Şəkildə saqqal, dağınıq saç, çox rəngli köynək kimi gözə batacaq mənfi cəhətlər olmamalıdır.
    3. Müraciət etdiyiniz vəzifə ilə bağlı iş təcrübələrinizi mütləq yazmalısınız. Ən sondan başlayaraq ilk işlədiyiniz yerə qədər bütün uyğun vəzifələrinizi sıralamağınız məsləhətdir.
    4. Keçmiş iş təcrübələrinizdə işə başlama və işdən çıxma tarixlərini bir-biriləri ilə toqquşmayacaq formada yazmalısınız. Yəni yaddaşınızın dərinliklərinə düşmək məcburiyyətində qalsanız belə bu mövzuda səhv etməməyə diqqət etməlisiniz.
    5. İş təcrübələrinizin altında qısa cümlələrlə "etdiyiniz işin sizə nələr qazandırdığını və əldə etdiyiniz təcrübələri” yazmağınız sizin xeyrinizə olacaqdır. Adətən bu yazılarınız "işin xarakteristikası” olaraq dəyərləndirilir.
    6. Müraciət etdiyiniz vəzifə ilə bağlı sahib olduğunuz sertifikat və sənədlərə CV-nizdə yer verin. Bu bəzən hər hansı bir seminara qatılım sertifikatı belə ola bilər. Nəticədə bir saatlıq qatılım belə olsa mövzuya olan marağınızı sərgiləyəcəkdir.
    7. Referanslarınız varsa mütləq işverənlər tərəfindən buna diqqət ediləcəkdir. Daha əvvəl birlikdə işlədiyiniz şəxsləri referans olaraq yazmağınız və bu şəxslərin buna icazələri olması çox vacib bir detaldır.
    8. Təhsil məlumatlarınız ən son məzun olduğunuz təhsil qurumundan başlayaraq orta məktəbinizə qədər sıra ilə qeyd edilməlidir.
    9. Əgər müraciət etdiyiniz vəzifəyə aid iş təcrübəniz yoxdursa təhsil həyatınızda qazandığınız təcrübələrə yer verə bilərsiniz.
    10. Akademik uğurlarınız varsa, təhsil məlumatlarınıza qeyd olaraq yazmağınız daha təsirli bir CV yaratmaq üçün vacib olacaqdır.
    11. CV-nizdə məktubun olması da onun təsir qabiliyyətini artıracaq bir cəhətdir. Məsələn: "Elanınızla maraqlanıram çünki axtardığınız kriteriyalara (full-time iş, marketinq fakültəsi məzunu, ünsiyyətcil, səliqəli, dizayn qabiliyyəti, sərbəst ingilis-rus dili) sahibəm və karyeramı sizin şirkətdə davam etdirməyin uğurlu olacağına inanıram” və s.) .
    12. Hobbilərinizə, maraq dairənizə yer verməyiniz də təsirli ola bilər. Şəxsən avtomobillərə inanılmaz marağım var. Bir gün bir avtomobil firması CV-mi görüb bu maraq dairəmi də nəzərə alaraq mənə cəzbedici bir təklif göndərə bilər, elə deyil?
    Paylaş
    Bənzər xəbərlər