
James Bond obrazını növbəti filmlərdə kim canlandıracaq?
Britaniyalı aktyor Daniel Craig kinematoqrafiya tarixində ən
yüksək qonorarlı aktyor adına laiq görülə bilər. Təbii ki, əgər o növbəti James
Bond haqqında filmdə rol alsa. Məlumatlara əsasən "James Bond” film seriyasının
prodüsserləri Daniel Craig-in sözügedən rola qayıtmasında o qədər maraqlıdırlar
ki, hətda növbəti iki filmdə rol alması üçün aktyora 100 milyon dollar təklif
ediblər. Anonim mənbələrin verdikləri məlumatlara əsasən aktyor bu cür təklifi
rədd edib. Belə ki, Craig daha əvvəl də qeyd etmişdi ki, o bir daha James Bond
obrazına qayıtmayacaq. Lakin BBC kanalının öz mənbələrindən aldığı məlumata əsasən
bu söhbətə nöqtəni qoya biləcək yekun qərar hələ qəbul edilməyib. Hər iki tərəf
isə danışıqlara başlamağa hazırlaşır. Qeyd edək ki, Daniel Craig indiyənə kimi
James Bond rolunu canlandırmış aktyorlar sırasında ən yüksək qonorarlı
aktyordur. 4 filmdə iştirakına görə o 50 milyon dollar əldə edib. İflasın
astanasında olmuş MGM studiyası məhz Daniel Craig-in iştirak etdiyi James Bond
filmlərinin sayəsində öz maliyyə vəziyyətini yüksəldib. James Bond haqqında
sayca 25-ci filmin nə zaman böyük ekranlara çıxacağı bilinmir. Keçən il işıq
üzü görmüş "007: Spectre” filmi isə dünya üzrə 900 milyon dollar gəlir əldə
etmişdir.
Paylaş
Bənzər xəbərlər