Logo
    main-post-cover

    Jeremy Clarkson öz dostları ilə geri qayıdır

    Digər
    07.05.2017
    Farid
    Əgər yadınızdadırsa bu ilin mart ayında BBC kanalının avtomobillər haqqında olmuş Top Gear verlişinin prodüsseri ilə proyektin aparıcılarından Jeremy Clarkson arasında söz söhbət düşmüşdü. Bunun nəticəsində Jeremy Clarkson kanaldan kənarlaşdırıldı. Onun ardınca verlişin digər iki aparıcısı olmuş Richard Hammond və James May proyekti tərk etdilər. Onlar bu qərarlarına əsas səbəb kimi Top Gear verlişini Clarksonsuz aparmaq istəmədiklərini göstəriblər. Daha sonra bu məşhur 3 insanı Amazon öz öhdəliyinə götürdü. Amazon ilə mqaviləyə əsasən Clarkson, Hammond və May Amazon Prime video servisi üçün yeni avtomobil proyektində 3 sezon iştirak edəcəkdilər. Dünən Top Gear-ın davamçısı olacaq proyektin adı açıqlanıb. Proyekt Gear Knobs adlanacaq. Qeyd edək ki, Gear Knobs-un ilk 12 epizodu gələn ilin əvvəlində çıxmalıdır. Həmin 12 epizoda görə Jeremy Clarkson 10 milyon funt sterlinq ödəniş alacaq.
    Paylaş
    Bənzər xəbərlər