
John Wick 3 haqqındakı ilk məlumatlar ortaya çıxdı
Keanu Reeves-ın baş rolda olduğu John Wick filmlərini bir çoxumuz izlədik. Baba Yaga (John-a suiqəsdçi aləmində belə də səslənirlər) bu səfər daha çox adam öldürmək üçün geri dönür. Seriyanın 3-cü filmi olan John Wick 3 ilə bağlı ilk məlumatlar yavaş-yavaş bəlli olur.
17 May 2019-da çıxması planlanan John Wick çəkilişləri gələn aydan başlayacaq.
47 Ronin, The Last Samurai, The Wolverine kimi filmlərdə bəyənilən aktyorluğu ilə Hiroyuki Sanada filmin pis personajı rolunda olacaq. Filmin aktyor heyəti arasında Sanada-dan başqa bir neçə yapon aktyor daha olduğu deyilir. Filmin çəkiliş bölgələri də bəlli olub artıq. 2-ci filmin çəkildiyi Montreal-da 3-cü filmin çəkilişləri başlayacaq. Fas, Ürdün, Japoniya, İspaniya və Rusiya kimi yerlər də çəkiliş üçün nəzərdə tutulub.
Ayrıca qeyd etmək lazımdır ki, John Wick dünyasındakı The Continental süiqəsdçi birliyi üçün serial çəkiləcəyi bilinirdi. Starz kanalının CEO-sunun dediklərinə görə, The Continental TV tarixindəki heç bir seriala bənzəməyəcək. Ssenarisini isə "Sons of Anarchy" və "The Wire" kimi uğurlu olan serialların ssenaristi Chris Collins tərəfindən hazırlanacaq. Technote olaraq, Keanu Reeves-ı sevdiyimiz üçün həm filmi, həm də seriyalı səbirsizliklə gözləyirik
Paylaş
Bənzər xəbərlər