
Jonah Hill və Miles Teller-in iştirakı ilə "War Dogs" adlı yeni komediya filmi
"The Hangover" filminin yaradıcılarından olan yeni komediya janrlı "War Dogs" filmində Pentaqondan 300 milyon dollarlıq silah sifarişinin Əfqanıstana çatdırmalı olacaq iki dostdan bəhs edəcək. Lakin çatdırılma zamanı onları dələduzluqda ittiham edəcəklər. İki dost bu çətin vəziyyətdən çıxış yolu tapmağa çalışacaqlar. Todd Phillips-in rejissorluq etdiyi filmdə baş rolları Jonal Hill, Miles Teller, Ana de Armas, Jeff Pierre, Barry Livingston və digərləri canlandırıblar. "War Dogs" filminin premyerası bu ilin avqust ayında baş tutacaq. Hələlik isə filmin ilk tarileri ilə tanış ola bilərsiniz.
Paylaş
Bənzər xəbərlər