
"Juno" kosmik aparatı Yupiter-in ilk fotolarını Yer kürəsinə göndərib
5 iyul tarixində "Juno” adlı kosmik aparat Yupiter planetinin orbitinə çatdı. O
artıq Yer kürəsinə planetin ilk fotolarını göndərib. Kosmosa göndərildiyi gündən
5 il sonra kosmik aparat Yupiter-in orbitinə çıxmağı bacarmışdır. 10 iyul tarixində
isə JunoCam kamerası vasitəsilə kosmik aparat planetdən 4.3 km məsafədə eniş prosesi zamanı planetin ilk
fotolarını çəkmişdir. NASA-nın saytında verilmiş məlumatlara əsasən fotolar
Yupiter-in 4 peykindən 3-nü (İo, Avropa, Qanimed) görməyə imkan verəcək. Bundan
əlavə olaraq fotolarda Yupiter-in unikal atmosfer xüsusiyyəti olan böyük
qırmızı ləkə də əks olunacaq. Öz missiyası çərçivəsində "Juno” planetin
fotolarını çəkərək onları Yer kürəsinə göndərməyə davam edəcək. İlk keyfiyyətli
fotoların 27 avqust tarixində təqdim olunması gözlənilir.
Paylaş
Bənzər xəbərlər