
"Jurassic World 2" filminin premyera tarixi bəlli olub
Universal Pictures studiyası "Jurassic World 2" filminin premyera tarixini açıqlayıb. Film 22 İyun 2018-ci il tarixində izləyicilərə təqdim olunacaq. Birinci hissədə baş rolları canlandırmış Chris Pratt və Bryce Dallas Howard ikinci hissədə yer alacaqlar. İkinci filmin ssenarisini Colin Trevorrow Derek Connolly ilə birlikdə hazırlayacaq. Lakin hələki məlum deyil Trevorrow yenidən rejissor qismində iştirak edəcək yoxsa yox. Prodüsserlərdən ibarət komandaya isə Frank Marshall və Steven Spielberg başçılıq edəcəklər. Təqdim edilən premyera tarixində "Jurassic World 2"-nin hələki rəqib filmi yoxdur. Lakin 29 İyun 2018-ci il tarixində böyük ekranlara "How to Train Your Dragon 3" animasiya filmi ilə yanaşı "Terminator 3"-ün çıxması planlaşdırılır. Qeyd edək ki, "Jurassic World" filmi 2015-ci ilin iyun ayının əvvəlində izləyicilərə təqdim olunaraq bir çox rekordlara imza atdı. Premyera həftəsinin sonuna qədər film 200 milyon dollar gəlir əldə edərək dünya kinematoqrafı tarixində ən güclü startı nümayiş etdirdi. Dünya üzrə ümumi 1.5 milyard dollardan çox gəlir gətirən "Jurassic World" kinematoqraf tarixinin ən gəlirli filmləri siyahısında 3-cü yeri tutub.
Paylaş
Bənzər xəbərlər