
"Justice League" filminin ilk traileri təqdim olunub
Başa düşəndə ki, daha böyük təhlükələrlə təklikdə mübarizə
aparmaq mümkün deyil, Batman ilə Superman ən güclü qeyri-adi insanları bir
araya yığaraq tamamilə yeni bir komanda yaradırlar. Birləşərək onlar ciddi düşmən
Darkseid-ə qarşı mübarizə aparmalı olacaqlar. Darkseid təkcə Yer kürəsi üçün
deyil hətda bütün qalaktika üçün böyük bir təhlükə mənbəyidir. Rejissoru Zack
Snyder olan filmdə baş rolları Ben Affleck, Henry Cavill, Gal Gadot, Jason
Momoa, Amy Addams, Ezra Miller, Ray Fisher, Jesse Eisenberg, J.K. Simmons və
digərləri canlandırıblar. "Justice
League” filminin premyerası 2017-ci ilin noyabr ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər