
Keçmişdə olmuş 6 qorxunc və qəribə xəstəlik
İnsanlıq tarixində bir çox qorxunc xəstəlik və epidemiyalar
olmuşdur. Məsələn qara ölüm (taun pandemiyası), çiçək xəstəliyi, vərəm və s. Bu
xəstəliklərin hər biri keçmiş nəsillər üçün qorxunc bir yuxu kimi idi. Lakin həmin
xəstəliklərin arasında elələri var idi ki, sanki onlar qorxulu filmlərdən
reallığa çevrilmişdilər. İnanmaq çətin olsa da siyahıda olan xəstəliklər
reallıqda olmuş xəstəliklərdir. Bu xəstəliklərin bəzilərinin səbəbləri artıq
bilinsə də bəzilərininki isə sirr olaraq qalır.
Partlayan dişlər
Bu xəstəlik 19-cu əsrdə müşahidə olunurdu. Xəstələrin dişləri
şiddətli dərəcədə ağrıyandan sonra içəridən partlayırdılar. Bu partlayışın gücü
bəzən elə güclü idi ki, xəstələri yerə sərirdi. 19-cu əsrin sonuna yaxın diş
partlaması sindromu yoxa çıxdı. Müasir tədqiqatçıların fikrincə diş
partlamalarının səbəbi gümüş və qurğuşun-dan hazırlanmış plomb dişlər iləhidrogen arasındakı reaksiya idi.
Xloremiya və ya "yaşıl qadınlar”
200 il ərzində xloremiya və ya başqa adla desək xlorotik
anemiya yüksək təbəqəli qadınların qorxulu yuxularına çevrilmişdi. Onlar
depressiyaya düşərək ayaq üstə dura bilmirdilər. Nəticədə günün çox vaxtını
yatmaqla keçirirdilər. Beləliklə qadınlarda oynaqlar şişir, ürək döyüntüləri
tezləşir, menstruasiya prosesi dayanır və dəriləri yaşıl rəngə çevrilirdi.
Bütün bunlar orqanizmdə dəmir çatışmamazlığından baş verirdi. Lakin o vaxtın
həkimləri bunu cinsi əlaqə çatışmamazlığı ilə əlaqələndirirdilər.
"National” hotelinin lənəti
1850-ci illərdə Vaşinqtonda olmuş "National” hotelinin
sakinləri qəribə xəstəlikdən əziyyət çəkirdilər. Belə ki, hoteldə qalmış hər
hansı bir şəxs dil şişməsindən, yoğun bağırsaq iltihabından, ürək bulanmalardan
və diareyadan əziyyət çəkirdi. Bu bir növ hotelin lənəti hesab edilirdi.
Sonradan məlum oldu ki, bunun səbəbi binanın su sistemini çirkləndirən
partlamış kanalizasiya borusu olub.
Çənə fosfonekrozu
Bu xəstəlikdən əziyyət çəkən xəstələrin çənələri müxtəlif
istiqamətlərdə böyüyürdü. Hələ bu azmış kimi çənənin bəzi hissələri gecə vaxtı
işıq saçırdı. Sözügedən xəstəlik əsasən kibrit zavodu işçilərində müşahidə
edilirdi (o vaxtlar kibritlər ağ fosfor-dan hazırlanırdı). Ağ fosfor buxarı
orqanizmə daxil olaraq sağlam olmayan sümüyün məhv olunmasının qarşısını
alırdı. Nəticədə sümüklər müxtəlif istiqamətlərdə böyüyürdülər. Xəstəlik kibrit
istehsalında fosfordan istifadədən imtina edilməsindən sonra başa çatdı.
Afina pandemiyası
Qədim yunan tarixçisi Fukidid Afinanı bürümüş bu xəstəliyi
belə təsvir edib. Xəstələrin görünüşləri o qədər dəhşətli idi ki, hətta Afinaya
hücum etməyə hazılaşan spartalılar belə şəhər divarlarından geri qayıtmışdılar.
Bu xəstəliyə yoluxmuş insanlar yüksək temperaturdan, göz qızartılarından, qan
qusmalarından və diareyadan əziyyət çəkirdilər. Daha sonra xəstəlik birdən birə
yoxa çıxdı. Onun izləri digər mənbələrdə yoxdur. Maraqlısı ondadır ki,
simptomlar baxımından xəstəlik Ebola-ya çox bənzəyir.
Şüşə illüziyası
Bu xəstəlikdən əsasən orta əsrlərdə yaşamış insanlar əziyyət
çəkirdilər. Bununla belə xəstəliyi həm varlı həmdə kasıb insanlar yoluxurdular.
Xəstəliyə yoluxmuş insanlar düşünürdülər ki, onların bədənləri şüşədən
hazırlanıb və hər an bir hərəkətlə onlar milyonlarla hissəciklərə səpələnəcəklər.
Həmçinin bu xəstəlik bir anlıq tutmalar ilə baş verirdi. Məsələn hansısa şəxs
sakit bir şəkildə söhbət etdiyi zaman birdən birə ani bir hərəkətlə hissəciklərə
səpələnəcəyini bəyan edir və özünü buna inandırırdı. Alimlər fikirləşirlər ki,
bu psixi epidemiya idi. Belə ki, şüşə illüziyasına ilk dəfə 1400-cü ildə Karl
VI yoluxmuşdur. Daha sonra o təqlid epidemiyası kimi yayıldı.
Paylaş
Bənzər xəbərlər