main-post-cover

    Keçmişi salamlayan müasir elektrikli avtomobil

    Digər
    20.08.2017
    Orxan Jafarli
    Möhtəşəm və nostaljik dizaynına baxmayaraq gücünü tamamilə elektrik mühərrikdən əldə edən Prototype 9 avtomobili, xüsusilə koleksiyonerləri cəzbedəcək kimi görünür.
    1940-cı illərin torpedo stili parlaq silindr gövdəli və uzadılmış akslara sahib ofset təkərli avtomobillərini salamlayan Infiniti istehsalı Prototype 9, eyni zamanda müasir bir elektrikli avtomobil olaraq möhtəşəm görünür.
    30 kWh batareya qoşalaşmış 148 at və 236 Nm torka bərabər gücdəki elektrik mühərrikinə sahib olan Protoype 9, ən yüksək 168 kilometr sürətinə çatır. 5.5 saniyədə 0-100 kilometr sürətində çatan avtomobil,  yolda 20 dəqiqə istifadə edilə bilən şarj saatı təmin edir.
    Əlavə olaraq, yenə keçmiş zamanlara uyğun olaraq avtomobilin  gövdə panellerinin  tamamilə poladdan istehsal edildiyini vurğulamaq lazımdır. Əslində, bugünkü elektrikli və hətta bir çox müasir vasitələr gövdənin çəkisinin azaldılması və daha çox yer açmaq üçün daha yüngül materiallardan istifadə edirlər.
    Nissan motor müəssisəsi tərəfindən istehsal olunan mühərrik, bu an üçün prototip mərhələsindədir. Prototype 9-un Pebble Beach golf sahəsindəki Concours D-Elegance adı verilən təmtəraqlı avtomobil sərgisində göstərilmək üçün hazırlandığını da qeyd edək.
    Yolda süzülən Prototip 9-u görmək üçün aşağıdakı videoya baxmanızı məsləhət görürük.
    Linki kopyala