
Keçmiş "Top Gear" aparıcılarından avtomobil həvəskarları üçün maraqlı layihə
Avtomobil sahəsi üzrə məşhur Britaniya televiziya verilişi "Top Gear”in keçmiş aparıcıları Ceremi Klarkson (Jeremy Clarkson), Riçard Hammond (Richard Hammond) və Ceyms Mey (James May) Drivetribe adlı tətbiq yaratmağı planlaşdırırlar.
Drivetribe dünyadakı bütün avtomobil həvəskarlarını bir yerə
yığacaq sosial şəbəkə olacaq. Hal-hazırda aparıcılar öz layihələri üçün vəsaitin
yığılması ilə məşquldurlar. "Technote.az”ın "Financial Times” mənbəsinə istinadən
verdiyi xəbərə əsasən bu layihənin reallaşdırılması üçün onlara 5.5 milyon
dollar lazımdır. Artıq məlumdur ki, vəsaitin bir hissəsini "Breyer Capital”
fondu və "Atomico” şirkəti ödəcəyək. Gələcəkdə tətbiq yaradıcıları Drivetribe
üçün video material hazırlamağı, öz fikirlərini və məsləhətlərini vermələri
üçün məşhur avtobloggerləri və təcrübəli avtomobil həvəskarlarını sosial şəbəkəyə
dəvət etməyi planlaşdırırlar. Həmçinin gələcəkdə müxtəlif məzmunların
hazırlanmasında süni zəkadan da istifadə olunması düşünülür. Onun sayəsində Drivetribe
tətbiqi öz məzmunlarından əlavə olaraq müxtəlif internet resurlarından
avtomobil mövzusunda məzmunları toplaya biləcək.
Paylaş
Bənzər xəbərlər