main-post-cover

    Kiber cinayətlərdən əldə olunan trilyonlar Rusiyanın illik gəlirindən daha çoxdu

    Digər
    22.04.2018
    Nijat Hamid
    Aparılan araşdırmalara görə dünyada illik 1.5 trilyon dollar dəyərində pul Kiber Cinayətkarların hesablarına gedir. Bromium tərəfindən yayımlanan məlumatlarda göstərilir ki, bu məbləğlər Rusiya kimi dünya nəhəngi hesab edilən bir dövlətin illik gəlirindən daha çoxdu. Fərz edək ki, Kiber Cinayətlər bir dövlətə məxsusdu və bu gəlir o dövlətə gedir. Onda həmin ölkə ən çox gəlir qazanan ölkələr sırasında 13-cü yerə asandlıqla keçə bilərdi.
    O zaman sizlərə, digər yüksək məbləğdə pul əldə olunan sahələri sadalayaq.
    1. Kiber Qara Bazar ildə 860 milyard dollar gəlir əldə edir.
    2. Satış sirrlərinin oğurlanması 500 milyard dollar gəlir qazanır.
    3. İstifadəçi məlumatlarının satışı ( Facebook Skandalı kimi ) 160 milyard dollar gəlir qazanır.
    4. Kiber Cinayət proqramlarının bazarı 1.6 milyard dollar əldə edir
    5. Kiber şantaj proqramları isə 1 milyard dollar gəlir qazanır.    
    Bromium-un yayınladığı məlumatlara görə bu gəlirlərin 20%-i Kiber olmayan cinayətlərə xərclənir. Yəni narkotik, silahinsan alveri kimi real cinayətlərə yatırım edilir. Bu da təxmini 300 milyard dollar edir. Əvvəlki illərə nəzərən kəskin artan Kiber Cinayətlərin qarşısı alınmazsa, artıq təhlükəsiz internet dövrü tamamilə bitəcək.
    Linki kopyala