
"Kim, hansı brendi, neçə yaşında yaratdı?" və ya "Başlamaq üçün hələ də gec deyil!"
Başlamaq üçün çox gec qaldığınızı düşünürsünüz?
Hamının
bir çox xəyalları, istəkləri var. Öz işimizi qurmaq ya da başımızı götürüb uzaq
ölkələrə səyahətə çıxmaq. Adətən bütün bu istəkləri ertələyirik. Həyatlarımızın
içində ənənəvi bir tərzə alışıb sonra bu tərzi sanki biz qurmamışıq kimi
divarlarımızın içinə özümüzü həbs edirik. Hər şey üçün, xüsusilə də "niyə edə
bilməyəcəyimiz” üçün bir çox cavabımız var!
Əslində
ən vacib suala bir cavabımız yoxdur. "Nə qədər yaşayacağımız?”
Hər
şeyi bilməliyəm deyən mənim üçün, bu sualın cavabını heç vaxt bilə bilməyəcək
olmağım mənə bunu sübut edir. Heç bir şeyi ertələməməli və eyni zamanda xəyallarımızdan
da heç zaman ümidimizi üzməməliyik. İşin doğrusu, həyatda heç bir qayda yoxdur,
sadəcə biz varıq və bütün sərhədləri biz təyin edirik. Özümüzü yaşlı hiss
ediriksə yaşlıyıq, edə bilməyəcəyimizə inanırıqsa edə bilmərik, bizim üçün
gecdir deyiriksə gecdir.
Məncə
bir daha düşünməyə dəyər. "Nə qədər yaşayacağıq?”.
Ertələdiyiniz
şeyləri edə biləcək qədər yaşayacağınıza əminsiniz?
Aşağıdakı qrafikdən 35 yaşından sonra Biznes mühitində uğur qazanmış ən məşhur şəxslər ilə tanış ola bilərsiniz.
Paylaş
Bənzər xəbərlər